Sumqayıtda yol dairələrindən birinin bağlanması sürücülər arasında anlaşılmazlığa səbəb olub. Şərq bazarı deyilən ərazidə hətta bildiriş üçün dönmək qadağandır işarəsi də qoyulub. Sürücülər isə narazılıq edir ki, dairənin girişində yerdə dairəyə girməyə icazə verən nişanlanma xətti isə yığışdırılmayıb. Bu da çaşqınlıq yaradır.
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, ərazidə bir birinə zidd iki yol nişanı var. Sumqayıtda avtomobillər üçün nəzərdə tutulan və “Şərq Bazarı” dairəsi kimi tanınan yol bağlanıb. Ərazidə hər iki hissədə “Giriş qadağandır” nişanı qoyulub. Sürücülər isə narazılıq edir ki, dairənin girişində yerdə dairəyə girməyə icazə verən nişanlanma xətti isə yığışdırılmayıb. Bu da çaşqınlıq yaradır.
Sürcülər həmçinin iddia edir ki, avtomobil yalnız o istiqamətə dönəndən sonra nişanı görmək mümkündür.
Bəzi sürücülər hərəkət istiqamətinin dəyişməsindən xəbərsiz olduğu üçün qaydanı pozur və saxlanılaraq cərimə olunurlar.
Sumqayıt Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən ərazidə bir birinə zidd iki nişanın quraşdırılmasına aydınlıq gətiməsələr də, şifahi bildirildi ki, dairənin avtomobillər üçün bağlanması ərazidə hərəkətin intensivliyi və baş verən qəzalarla bağlıdır. Həmin dairənin tamamilə ləğv edilməsi və piyadalar üçün səki salınması nəzərdə tutulur. Sürücülər yolun digər hissəsinə keçmək üçün yaxınlıqda olan digər yol dairəsindən istifadə edə bilərlər.