Ordumuz daha bir yüksəkliyi tutdu — Yerevan-Gorus yolu NƏZARƏTİMİZDƏDİR (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Ordumuz daha bir yüksəkliyi tutdu — Yerevan-Gorus yolu NƏZARƏTİMİZDƏDİR (FOTO)

Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsi tərəfindən bu günlərdə iki strateji yüksəkliyin tutulması ilə nəticələnən əməliyyatının bəzi yeni təfərrüatları məlum olub.

Median.Az
virtualaz.org-a istinadən xəbər verir ki, düşmənə Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən tutulub. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti Yerevan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.

Günnüt kəndinin ətraf yüksəklikləri 1992-ci il mayın 9-da Ermənistan silahlı bölmələri tərəfindən tutulmuşdu və nəticədə düşmən həmin kəndi atəş altında saxlaya bilirdi. Kənd Azərbaycan və Ermənistan silahlı qüvvələrinin postları arasında neytral zonada qalmışdı. Lakin ordumuzun son əməliyyatından sonra bu kənd atəş altından çıxarılıb.
Azərbaycan Müdafiə Nazirliyi Naxçıvan istiqamətində ordumuzun mövqelərini irəli çəkməsi barədə məlumatlara şərh vermir. Ermənistanda isə hərbi reportyor, “Hetq” online-nəşrinin baş redaktoru Edik Bağdasaryan Azərbaycan ordusunun Naxçıvan istiqamətində irəliləyərək “böyük ərazini” nəzarətə götürdüyünü bildirmişdi. Sosial şəbəkələrin erməni seqmentində də bu barədə danışılır, Ermənistan Müdafiə Nazirliyi isə şərh vermir.




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            18 540 28.05.18 16:50