Sumqayıt şəhər Xəstəxanasında nə baş verir? VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Sumqayıt şəhər Xəstəxanasında nə baş verir? VİDEO

Sumqayıt şəhər 1 nömrəli şəhər Xəstəxananın həyətyanı sahəsində tullantılar yandırılır. Bu isə ətraf ərazilərdə yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

Median.Az xəbər verir ki, bu barədə "xeberle.com"a müraciət edən sakinlər xəstəxananın həyətində yandırılan zibillərin tüstüsünün ətraf ərazilərə də yayıldığını və xoşagəlməz qoxu ilə yanaşı, bir çox problemlərə də yol açdığını bildiriblər. Məsələ ilə bağlı Sumqayıt şəhər 1 nömrəi şəhər Xəstəxanasının baş həkimi Nazim Hüseynquliyev ilə əlaqə saxladıq. Nazim Hüseynquliyev saytımızıa açıqlamasında zibilləinr xəstəxananın işçiləri tərəfindən yandırılmadığını deyib: "Zibilləri hündürmərtəbəli binaların eyvanlarından xəstəxananın həyətinə tökürlər. Biz qəti sürətdə o zibilləri yandırmırıq. Xəstəxananın həyətinə girmək üçün heç kəsə maneə törədilmir. Ora bilər ki, oraya gələnlərdən biri yandırıb”.

Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsindən isə bildirildi ki, xəstəxanadan yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat onlara daxil olmayıb: " Xəstəxananın işçiləri nəzarət altında oranı təmizləyib yandırırlar. Ətrafda yaşan sakinləri narahat etməmək şərtilə hər bir obyektdə nəzarət altında nəyinsə yandırılması həyata keçirilə bilər. Oranın həyətində zibillərin yandırılması ilə əlaqədar hündürmərtəbəli yeni tikilinin komendantı bizə müraciət edib. Hadisə ilə bağlı Dövlət Yanğın Nəzarət Xidmətinin inpektorlarına məlumat vermişik və problemin aradan qaldırılması üçün oraya yanğınsöndürən maşın göndərmişik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 512 17.05.18 16:43