Pul vermədiyinə görə bağçada uşağı döydülər – İDDİA + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Pul vermədiyinə görə bağçada uşağı döydülər – İDDİA + VİDEO

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 285 saylı uşaq bağçasında tərbiyəçinin uşağı döyməsi barədə valideyn Leyla Əlizadə video yayıb.

Median.Az x
əbər verir ki, valideyn bağçada aylıq adı ilə yığılan rüşvətə etiraz etdiyi üçün övladının döyüldüyünü iddia edib:

“Bağçaya yeni təyin edilən müdirə Səidə Xudiyeva valideynləri 20 manat ödəməyə məcbur edib. Valideynlər bu məsələyə narazılıqlarını bildiriblər. Ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinə və müəyyən yerlərə müraciət etdik.

Ən çox etiraz edən valideynlərdən biri də mənəm. Buna görə də tərbiyəçisi Təranə övladımı döyüb. Qızımı çimdikləyərək, bu vəziyyətə salıb. Bədəninin müəyyən yerlərində qançırlar var. Bizimlə prinsip aparırlar”.

Məsələ ilə bağlı bağçadan oxu.az-a açıqlama verilib. Bildirilib ki, bağçanın müəllimləri valideynlə bağlı polisə şikayət ərizəsi yazıb:

“Təranə müəllim bizim sevilən müəllimlərimizdəndir. Valideyn uşağı iki gün bağçaya gətirməyib. Gətirdiyi gün isə uşağın ayağında göyərtilər olduğunu deyib. Bura elə bir yerdir ki, heç kim dağdan düşməyib və yerdən çıxmayıb. Onun dediyi iddia yalandır.

Ayyarımdır buraya təzə müdir – Səidə Xudiyeva təyin olunub. Bizdən əvvəl bu valideynin bağçanın rəhbərliyi ilə qərəzi var. Pul yığılması, uşağın döyülməsi söhbəti yalandır. Gəlib deyir ki, bu dəfə işim müəllimlərlədir, onların axırına çıxacam.

Valideynləri başına yığır, söyüş söyür, bura təhsil ocağıdır. Uşaqları qorxuya salır. Müəllimlər, texniki işçilər o valideyn barədə polisə şikayət edib, ərizə yazıblar. Müəllimi bağçada döyüb, hədələyib və qorxudub.

Uşaqların yanında dəfələrlə təhqir edib. Uşaqları öyrədib ki, müəllimlərin yanında oturmayın. Bağçada hər şey qaydasındadır. Ekspertizanın rəyi və heç bir sübut olmadan şər atmaq dələduzluqdur.

Gəlir, baxilsiz keçir uşaqların otağına, qapıya dəmir salıb qapının qıfılını qırır, yelləncəkləri sındırır. Darvazanın ağzını bağlayır ki, müəllimlər həyətdən çölə çıxmasın.

O deyir ki, bağçada işləmək istəyirəm. Müdir olmaq istəyirəm. Belə iddiaları var.

Belə söz gəzir ki, gedir, qril satanlardan mənə iki toyuq verin deyə haqq tələb edir. Verməsəniz, sizi müvafiq qurumlara şikayət edəcəm deyib onları hədələyir. Yəqin ki, bizdən də aylıq haqq tələb etmək istəyir. Belə adamlarla bacara bilmirik.

Bağçada təhlükəsizlik kamerası var, hər şeyi sübut edə bilərik”.

Qeyd edək ki, xəbəri ilk dəfə open.az saytı yayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 244 17.05.18 12:41