Bakıda dələduz pakistanlı həkim peyda olub – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Bakıda dələduz pakistanlı həkim peyda olub – VİDEO

Özünü həkim kimi təqdim edən pakistanlı Cəfər adlı şəxs, bir neçə nəfəri aldadıb. O xəstənin yaxınlarına xəstəni sağaldacağına söz verib və pul alaraq aradan çıxıb.

Median.Az
“xezerxeber.az”a istinadən xəbər verir ki, həmin şəxsin verdiyi dərmanlar da xəstələrin halını daha da pisləşdirib və onları ölümcül hala salıb.

Həyat yoldaşı onkoloji xəstə olan şəxs həkim fırıldağının qurbanı olub. Özünü həkim kimi təqdim edən pakistanlı Cəfər adlı bir nəfər paytaxt sakini Yunus İmranovu aldadaraq ondan doqquz min manat nağd pul alıb və aradan çıxıb.

Yunus İmranovun sözlərinə görə, pakistanlı Cəfəri ona təxminən 20 gün əvvəl bir tanışı məsləhət görüb.

Təxminən üç gün keçdikdən sonra pakistanlı şəxs Yunusa İmranova zəng vuraraq dərmanların hazır olduğunu deyib və görüşərək pulları alıb.

Ancaq qadına vurulan dərmanlar gözlənilən effekti verməyib. Əksinə onkoloji xəstə olan Elmira İmranovanın halını qarışdırıb və onu ölümcül hala salıb.

Bundan sonra, Yunus İmranov dəfələrlə həmin şəxslə əlaqə saxlamağa çalışıb. Amma həmin şəxs onun nömrəsini qara siyahıya atıb.

İddialara görə, bu dirnaqarası həkim bir nəfərdən də 3500 ABŞ dolları alıb. Ancaq çox keçməyib ki, həmin şəxs dünyasını dəyişib.

İddialar əsasınada biz də sözügedən şəxslə əlaqə saxlamağa çalışdıq. Onun nömrəsinə zəng çatsa da, cavab verən olmadı.

Hüquşunas Xəyal Bəşirovun sözlərinə görə, iddalar doğrudursa, Pakistanlı şəxsin etdiyi hərəkət birbaşa dələduzluq hesab edilir.

Zərərçəkmiş şəxs bununla bağlı polisə müraciət etməlidir. Əgər həmin şəxsin əməli sübuta yetirilərsə, pakistanlı cəfəri 4 mindən 7 min manata qədər cərimə və ya 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası gözləyir. Xəyal Bəşirov onu da bildirdi ki, zərərçəkmiş Yunus İmranov ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəməyə də müraciət edə bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 190 16.05.18 12:33