Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.
İmtahanda iştirak edib maksimum nəticə əldə edən abituriyentləri təqdim edirik:
Xəyyam Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin tarixində 18-ci 700 bal toplamış şagirdi olub!
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Cahan Haşımzadə!
Xaçmaz rayonu tarixində ilk dəfə 700 bal! Xaçmazın 8 saylı məktəbinin şagirdi Jalə Rəcəbova!
Elvin Kərimli - Tarix üzrə Respublika Olimpiadasının qalibi. AzTV-də yayımlanmış Əlaçı verilişinin qalibi!
Şahxanım Həsənova! Suraxanı rayonu 89 saylı məktəbin şagirdi.
Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə! Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısı!
/azxeber.com