Qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyevin video görüntüləri yayılıb.
Sosial şəbəkələrdə Pənah Quliyevin qəbul imtahandan çıxandan sonra görüntüləri əks olunub. Videodan da göründüyü kimi gənc imtahandan çıxandan sonra nəticələrdən razı olduğunu bildirib. Yaxınları onun imtahanın necə keçdiyini soruşurlar. Pənah Quliyev isə imtahanın yaxşı keçdiyini bildirib.
Qeyd edək ki, Qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub. Mərhumun atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib.
Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub.
Gəncin videosunu təqdim edirik:
/baku.ws