Zorakılığın qurbanı olan uşaqları görəndə, dəhşətə gəlirik.
Bunu mayın 15-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq komitəsinin iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib.
Komitə sədri uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün tədbir görülməsinin vacibliyini vurğulayıb:
“Bilmirsən, yeməkdəndir, içməkdəndir, yoxsa tərbiyədən? Belə vəhşiliklərin qarşısı alınmalıdır. Uşaq sığınacağına getmişdik, orada gördüklərimizdən bir həftə özümüzə gələ bilmədik.
Beş yaşında uşağın zorakılığa məruz qalması dəhşətdir. Bunu edən insana həbs cəzası yetərmi? Əlbəttə ki, yox, elələrinə ölüm cəzası verilməlidir”.