Heydər Əliyev adına Beynəlxalq Hava limanında “ASAN Viza” vasitəsilə əcnəbilərin ödəyəcəyi rüsumlar açıqlanıb.
“ASAN xidmət”in sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, Yaponiya vətəndaşları üçün hava limanlarında “ASAN Viza” pulsuz olacaq, Türkiyə vətəndaşları üçün rüsum 10 dollar təşkil edəcək.
Yerdə qalan 15 ölkənin vətəndaşları üçün hava limanlarında “ASAN Viza” rüsumu 20 dollardır.
Qeyd edək ki, bu gündən “ASAN Viza” özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Hava Limanında əcnəbilərə vizaların verilməsinə başlanılıb.
“ASAN Viza” vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin ediləcək./oxu.az