Bakıda şadlıq evlərində yoxlamalar başladı - YENİ NAZİRDƏN İLK ADDIM » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 HƏMAS girovları azad etmək üçün Qəzzada atəşkəs tələb edir  |     22:36 Bu il metodistləri nə gözləyir? - RƏSMİ CAVAB  |     22:13 Abşeronda yaşayış evində partlayış: Yaralananlar arasında uşaqlar var  |     22:03 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     22:01 Araik Harutyunyan məhkəmədə üzr istədi  |     21:57 Cahangir Əsgərovun xanımı vəfat etdi  |     21:55 Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib  |     21:28 Vardanyan, Arayik... - Məhkəmədən FOTOLAR  |     21:17 Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ  |     21:13 KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb  |     20:31 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     20:19 Coşqun və Rafael bu dəfə AĞLATDILAR - VİDEO  |     20:17 İqtisadi fəal əhalinin sayı açıqlandı  |     20:10 Azərbaycan Atçılıq Federasiyasında yeni təyinat  |     20:01 Bakıda evdən meyit tapıldı  |     19:56 İran Prezidenti Putinlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib  |     19:47 İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib  |     19:40 Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi  |     19:31 Son günlər artan kiberdələduzluq halları ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:22 Bakıda kişi küçədə öldü  |    

Bakıda şadlıq evlərində yoxlamalar başladı - YENİ NAZİRDƏN İLK ADDIM

İctimai iaşə obyektlərinin fəaliyyəti zamani tüstünün, qazların iyi və qoxu yayılması atmosfer havasını zərərli maddələrin təsirinə məruz qoyur.

Median.Az
xəbər verir ki, bu barədə bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən həftəlik mətbuat konfransında nazirliyin ətraf mühit üzrə milli monitorinq departamentinin müdiri Mətanət Avazova bildirib.

Onun sözlərinə görə, bununla bağlı vətəndaşlardan nazirliyə xeyli müraciətlər daxil olub. Buna görə də nazirlikdə araşdırma komissiyası fəaliyyətə başlayıb: "Bizim istehsal sahələrimiz artıb, kiçik sahibkarlıq inkişaf edib və ətraf mühitə təsirlər çoxalıb. Buna görə də monitorinqlərə ehtiyac var. Biz tam müasir avadanlıqlarla atmosfer çirklənməsini yoxlayırıq və xeyli sayda müraciətə görə monitorinq aparmışıq".

M. Avazova deyib ki, komissiya tərəfindən Bakının inzibati rayonlarında yerləşən şadlıq evlərinin və digər ictimai iaşə obyektlərində monitorinqlər aparılıb. Zərərli qazların ölçülməsi məqsədilə hava nümunələri götürülüb. Aparılan fiziki, kimyəvi analizlərin nəticələrinə əsasən atmosferə atılan zərərli qaz birləşmələrinin miqdarı yol verilən qatılıq həddindən dəfələrlə artıqdır: "Bu da insanlarda diskomfort yaradır və sağlamlığa zərərdir".

İctimai iaşə obyektlərində müasir standartlara cavab verən qurğu və avadanlıqların quraşdırılması, atmosferə atılan tullantıların azaldılması məqsədilə ETSN-dən yerli icra hakimiyyətlərinə və ictimai-iaşə obyektlərinin sahiblərinə müvafiq məktublar göndərilib./lent.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 073 11.05.18 12:20