Şagirdlər nazirin işdən qovduğu müəlliməyə görə ayağa qalxdılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 HƏMAS girovları azad etmək üçün Qəzzada atəşkəs tələb edir  |     22:36 Bu il metodistləri nə gözləyir? - RƏSMİ CAVAB  |     22:13 Abşeronda yaşayış evində partlayış: Yaralananlar arasında uşaqlar var  |     22:03 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     22:01 Araik Harutyunyan məhkəmədə üzr istədi  |     21:57 Cahangir Əsgərovun xanımı vəfat etdi  |     21:55 Ruben Vardanyanın vəsatəti təmin edilib, işlə tanış olmaq üçün 10 gün əlavə vaxt verilib  |     21:28 Vardanyan, Arayik... - Məhkəmədən FOTOLAR  |     21:17 Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ  |     21:13 KOBİA-nın katibliyinin sədr müavininin evindən 244 min manatlıq qızıl oğurlanıb  |     20:31 Mingəçevirdə iki məktəb direktoru vəzifəsindən azad edilib  |     20:19 Coşqun və Rafael bu dəfə AĞLATDILAR - VİDEO  |     20:17 İqtisadi fəal əhalinin sayı açıqlandı  |     20:10 Azərbaycan Atçılıq Federasiyasında yeni təyinat  |     20:01 Bakıda evdən meyit tapıldı  |     19:56 İran Prezidenti Putinlə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib  |     19:47 İraq Prezidenti təyyarə qəzası ilə bağlı İlham Əliyevə başsağlığı verib  |     19:40 Cahangir Əsgərovun həyat yoldaşı vəfat etdi  |     19:31 Son günlər artan kiberdələduzluq halları ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:22 Bakıda kişi küçədə öldü  |    

Şagirdlər nazirin işdən qovduğu müəlliməyə görə ayağa qalxdılar

189-190 saylı orta məktəbin birinci sinif şagirdini döydüyü iddiası ilə işdən çıxarılan Səyyarə Əliyeva ilə bağlı şagirdlər arasında narazılıqlar yaranıb.

Bu barədə həmin məktəbin 1A sinifində təhsil alan Məhərrəm Nazim oğlu Əhmədovanın valideyni Aynurə Əhmədova baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sinifdə təhsil alan 24 şagirdin 20-si yaz tətilindən sonra dərsə getməkdən imtina edib. Onlar bu yolla sevimli müəllimələrinin işə qaytarılıcağına ümid edirlər.

"Uşaqlar özləri dərsə getməkdən imtina ediblər. Deyirlər ki, sinif rəhbərləri Səyyarə Əliyevanın işə qayıtmayana qədər dərsə getməyəcəklər. Uşaqlar öz müəllimələrini istəyirlər", - deyə valideyn Aynurə Əhmədova bildirib.

O, bildirib ki, bu gündən başlayaraq dərsə daha 4 uşaq gedib və dərsə gedən uşaqların sayı 8-ə çatıb. Lakin digərləri sinif rəhbərləri işə qaytarılmayanadək dərsə getməyəcəklərini bildirirlər.

"Biz valideynlər Təhsil Nazirliyinə və prezidentə müraciət ünvanlamışıq. Səyyarə müəllimə çox savadlı müəllimədir. Onun savadına və şagirdlərlə davranışına görə çox istəyirlər. Heç bir uşaqla pis davranmayıb. Biz onun işə qaytarılmasını istəyirik", - deyə Aynurə Əhmədova qeyd edib.

Məsələ ilə əlaqədar ibtidai sinif müəlliməsi Səyyarə Əliyeva ilə əlaqə saxladıq. Müəllimə baku.ws-ə bildirdi ki, bu ayın 2-dən etibarən məktəbdə işləmir. Müəllimənin sözlərinə görə, işdən məktəb direktorunun təzyiqi ilə üzləşdiyi üçün ayrılıb: "Mənə qarşı təzyiqlər oldu. Direktor və onun ətrafında olan insanlar mənə hədə-qorxu gəlməyə başladılar. Mən də məcbur olub ərizə yazdım".

"Mən alverçi deyiləm. Orada işləyən çoxu kimi avtomobilim yoxdur. Özüm kimi sinifim də kasıbdır. Orada hər ay uşaqlardan pul tələb edirdilər. Mən bunu etmirdim. Ona görə məni incidirdilər. Elə bu səbəbdən də, məni aldatdılar. Direktor sonra mənə dedi ki, ağlın vardı, ərizə yazmayaydın", - deyə Səyyarə Əliyeva bildirib.

Məsələ ilə əlaqədar 189-190 saylı orta məktəbin rəhbərliyilə əlaqə saxlamağa çalışdıq. İsrarlı müraciətlərimizə baxmayaraq, məktəbin direktoru Ceyran Kuliyeva bizimlə danışmaqdan imtina etdi. Onun haqqında səsləndirilən ittihamlara cavab verməyən direktor katibəsi vasitəsilə bizə bildirdi ki, məsələ ilə əlaqədar Təhsil İdarəsinə zəng vuraq. Hazırda işə onlar baxır. Direktor Səyyarə Əliyevanın şəxsən ona qarşı səsləndirdiyi ittihamlara cavab verməkdən də yayınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            12 792 10.05.18 16:24