Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov KİV-ə ilk müsahibəsini verib.
Lider TV-yə verdiyi qısa müsahibədə o, qurumun gələcək fəaliyyəti, qarşıda duran prioritetlər və atılacaq addımlar haqqında danışıb.
V. Hüseynov bildirib ki, Miqrasiya Xidmətindəki fəaliyyəti ilk növbədə Prezidentin qarşıya qoyduğu vəzifələrin tam icra edilməsinə yönəldiləcək.
Sədr kadr korpusunun yenilənəcəyini, gənc əməkdaşların xidmətə cəlb ediləcəyini də vurğulayıb: “Əsas yanaşma ondan ibarətdir ki, bu kadrlar həm müvafiq sahədə yüksək bilik və bacarıqlara malik olsunlar, eyni zamanda, dövlət qulluğunun fəlsəfəsini, mahiyyətini anlasınlar, həmçinin Cənab Prezidentin dövlət qulluqçusunun necə olması haqda baxışlarını paylaşsınlar”.
Dövlət Miqrasiya Xidmətinin yeni rəisi media ilə açıq şəkildə işləyəcəklərini də bildirib.//qafqazinfo