Abşeron rayonu Saray qəsəbəsində tikilən “Alimlər şəhərciyi” yaşayış kompleksindən təhsil işçiləri də mənzil ala biləcəklər.
Bu barədə oxu.az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Bildirilib ki, AMEA-nın yataqxanasında qeydiyyatda olan akademiya əməkdaşları və qeydiyyatda olub akademiyada çalışmayanlar da mənzil əldə edə biləcəklər.
Qeyd olunub ki, layihənin məqsədi AMEA və Təhsil Nazirliyinin əməkdaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaqdır.