Yeni baş nazir ilk qərarını imzalayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Yeni baş nazir ilk qərarını imzalayıb

Yeni təyin olunmuş baş nazir Novruz Məmmədov ilk qərarını imzalayıb.

Sənədə əsasən, Nazirlər Kabineti “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, o cümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” 2014-cü il 7 fevral tarixli qərarında dəyişikliklər edilib.

Dəyişikliklər 2014-cü il 7 fevral tarixli qərarla təsdiq olunmuş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün ərizə-anket”, “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” və “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” nümunələri ilə bağlıdır.

“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması üçün ərizə-anket” və “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” nümunələrindən 13-cü hissədən "miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri və “or involved into administrative liability for violation of the requirements of migration legislation” sözləri çıxarılıb. Bunun əvəzində “Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi (Have you ever been involved into administrative liability for violation of the requirements of the legislation in sphere of migration), bəli / yes  xeyr /no , nə vaxt (when), səbəbi (reason), hansı orqan tərəfindən (name of authority)” məzmunda yeni hissə əlavə edilib.

“Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket” nümunəsinin 13-cü hissəsindən isə “miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi” sözləri çıxarılıb. Bunun əvəzində “Miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozduğunuza görə inzibati məsuliyyətə cəlb edilmisinizmi, bəli  xeyr , nə vaxt, səbəbi, hansı orqan tərəfindən” məzmunda yeni hissə əlavə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 620 28.04.18 15:01