Ramil Usubov müşavirə keçirdi – polislərdən vətəndaşlara qarşı diqqətli olmağı tələb etdi! » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Ramil Usubov müşavirə keçirdi – polislərdən vətəndaşlara qarşı diqqətli olmağı tələb etdi!

Dünən Daxili İşlər Nazirliyində (DİN) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimindəki nitqindən irəli gələn və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Naziryanı geniş əməliyyat müşavirəsi keçirilib.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin baş idarə, idarə və şöbə, həmçinin paytaxtın, Sumqayıt şəhərinin və Abşeron rayonunun polis orqanlarının, təhsil müəssisələrinin rəislərinin, nizami hissə komandirlərinin iştirak etdikləri tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov çıxış edib. Qarşıya qoyulan mühüm vəzifələrdən söz açan nazir bu sırada ölkədə vətəndaş məmnunluğunun təmin edilməsinin mühüm yer tutduğunu vurğulayıb.

General-polkovnik R.Usubov bu tapşırığın icrası ilə bağlı polisin qanunla müəyyən edilmiş funksiyalarının hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirilməsini, əməkdaşların etik davranış qaydalarına əməl etmələrini, bu işə nəzarətin gücləndirilməsini, cəmiyyətdə polisin nüfuzunun yüksəldilməsi üzrə işlərin sistemli şəkildə davam etdirilməsini tələb edib. Qeyd edilib ki, müasir texnologiyaların tətbiqi xidməti fəaliyyətdə başlıca vəzifələrdən biri kimi ardıcıllıqla həyata keçirilməli, vətəndaşların müraciətlərinə, şikayətlərinə ayrı-ayrı hallarda bəzi əməkdaşların biganə yanaşması, bu zaman təsadüf olunan korrupsiya hüquqpozmalarına yol verilməsi tam aradan qaldırılmalı, vətəndaşların qəbulu işinə xüsusi həssaslıqla yanaşılmalı, əvvəlcədən müəyyən olunmuş qrafikə ciddi riayət edilməlidir. Vətəndaşların haqlı narazılığına zəmin yaradan problemlər yerindəcə həllini tapmalı, qanunla qorunan hüquq və mənafeləri təmin edilməli, bu işin yerlərdə həyata keçirilməsinə ciddi nəzarət edilməlidir.

Vətəndaş məmnunluğunun təmin edilməsi bütün struktur qurumlarda başlıca vəzifələrdən biri kimi rəhbər heyətin nəzarəti altında məqsədyönlü şəkildə davam etdirilməlidir. Müzakirələrdə çıxış edən baş idarə, idarə və ərazi polis orqanlarının rəisləri görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda əməliyyat-xidməti fəaliyyətdə buraxılan bir sıra nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün həyata keçiriləcək tədbirlərdən danışıblar. Sonda nazir, general-polkovnik R.Usubov daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, ölkədə sabitlik, təhlükəsizlik, fundamental insan hüquq və azadlıqları bundan sonra da etibarlı qorunacaq, qanunla müəyyən edilmiş vəzifələr və qarşıya qoyulmuş bütün tapşırıqlar tam həcmdə yerinə yetiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 321 27.04.18 14:57