"Azərbaycanda "qurd yağı" biznesi var, insanı 6 aya öldürür" - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

"Azərbaycanda "qurd yağı" biznesi var, insanı 6 aya öldürür" - FOTO

Elə bir dövrdə yaşayırıq ki, mistik qüvvələrlə bağlı qəti qənaətə gəlmək olmur. Bəzi insanlar cinin, cadunun, tilsimin olduğunu israr edir, bəziləri bu şeylərin adı çəkilən kimi gülürlər.

Median.Az
xəbər verir ki, metbuat.az insanların bu marağını nəzərə alıb, suallarımızı Azərbaycandan kənarda yaşayıb, fəaliyyət göstərən ekstrasens, parapsixoloq, metafizik Zərinə Ulduza ünvanlayıb. O iddia edir ki, bioenerji, gizli elm və neqativ enerjilərlə işləyə, onları yönləndirə, zərərsizləşdirə bilir.

- İlk sualımız belə olsun: Cadu varmı?

- Cadu, ovsun, sehir, tilsim... hamısı var. Bu "Quran"da da təsdiqlənib. Ağ-qara magiya var, hətta bunların qarşığından qırmızı magiya da yaradılıb.

- Bəs mistik aləm mövcuddurmu, cin varmı, varsa, bu cin insanın içinə necə girir?

- Bəli var. İndi belədi ki, kim falçıya gedir ya deyirlər sənin içinə cin girib, ya da cadu olunmusan. Əslində, bu suala insan özü daha yaxşı cavab verə bilər. Hava qaralanda içinə cin girən insanlarda narahatçılıq yaranmağa başlayır. Bunun üçün falçıya filana getmək lazım deyil. Bir termin var gizli elmlərə aid. 4 hərfdən ibarət işarədir. Hər bir insan bu termini vərəqə yazır, həmin kağızı 1 stəkan suya atır və həmin suyu içir. İnsanın içində müəyyən qüvvələr varsa, artıq onu narahat edəcək. İnsanın içinə cin giribsə, "Rükuyə", "Cin" surələrini oxuya bilər. Ümumiyyətlə, insana təsir edəcək çox qüvvə var. Cindən də dəhşətliləri var. Lənətli ruhlar var, olar ərafda ortada qalıblar. Ən qorxulu qüvvələr onlardı.

- Niyə insanın içinə cin girsin ki? Bu necə olur?

- Bəzən insanlar qaynar suyu yerə tökür və "bismillah" demirlər. Bu zaman biz cinlərə ziyan vurmuş oluruq. Cinlərin intiqam hissi insanların intiqam hissindən güclüdür. Və onlar başlayırlar qisas almağa. Ya evdəki uşaqları incidirlər, ya evə hücum edərək ortalığı dağıdırlar, ya da insanın içinə girib ona olmazın əzablar verirlər. Bizimlə bərabər çox varlıqlar yaşayır. Sadəcə, onları görmürük.

- Nə edək ki, bu yad canlılar insanların aləminə toxunmasın?

- Qüsul alıb "Əlqələm", "Nas", "Fələq", "İxlas"surələrini oxumaqla neqativ enerjilərdən qorunmaq olar.

- Deyirlər gecə güzgüyə baxdıqda cin insanın bədəninə girir, doğrudurmu?

- Güzgünü mən canlı hesab edirəm. Güzgü insanın neqativ enerjisini özünə götürür. Bir nəfər təzə evə köçür, görür evdə böyük güzgü var. Adətən böyük güzgülər baha olur. Adam "uf" demədən güzgünü götürüb zibilə atır. Çünki əvvəlki ailənin bütün neqativ enerjisi həmin güzgüyə çöküb.

- Bizim oxucularımıza varlamaq üçün bir çıxış yolu deyin.

- Əvvəlcə insan varlanmaq üçün qarşısına məqsəd qoyub, çalışmalıdır və mübariz olmalıdır. Sonra "Ayətəl-kürsi" duasının 4 hüddamı var, onları oxumalıdır. Bu dua üçün 4 varlıq ayrılıb. İnsan bunu oxuyanda həmin ayənin yetkililəri yerə enir ki, Allahın bu bəndəsi onları niyə çağırıb, diləyi, istəyi nədir?.. Və bunu həyata keçirməyə çalışırlar. Sıxıntıda, işi çətində, darda olanlar, borca düşənlərinsə "Mücür" duasını oxuması məsləhətdir.

- Məsələn, həbsdə olanlar hansı duanı oxumalıdır? Hansı dua onlara həbsdən çıxmağa yardım edə bilər?

- "İxlas", "Fələq" surələrinin oxunması məsləhətdir.

- Qurd yağı varmı? Bu yağ nə olan şeydir?

- Qurd yağı toksid maddədir. İnsan ölür, onu dəfn edrilər, qamış bitkisini həmin təzə qəbirə salırlar. 40 günün içində bədən boşalır, cəsəd qurdlayır, qamışın içi boş olduğundan qurdlar da onun içinə dolur. Və həmin qurdları çıxardıb satırlar. Artıq bu bir qrup insanların biznesinə çevirilib. Qurd yağının heç bir gizli gücü yoxdur. Ancaq elə bir toksid maddədir ki, nə ilə yuyulsa da, sürtülən yerdən getmir. İnsan bədəninə bir dəfə dəydisə, hepatitdən də təhlükəli virus daşıyıcısıdır. 6 ay ərzində insanı bu zəhərli maddə məhv edir.

- Deyirlər caduya qarşı qoruyucu var. Doğrudurmu?

- Bir insana cadu olunursa, ona qoruyucu qoyulur və adı dəyişdirilir. Bu belədir ki, bu qoruyucunu qoyan kahinlər insanın adını və ana adını metofizika aləmində dəyişirlər. Ona görə də həmin adama cadu olunduqda cin onu tanımır. Hər cür müddətli qoruyucular var.

- Ailənin dağılması üçün cadu olunubsa, onu necə batil etmək olar?

- Əvvəl bu dəqiqləşdirilməlidir. Hər iki insanın adına "Quran" xət olunmalı və 1 stəkan suya "Fatiheyi-şərif", "İxlas", "Nəs", "Fələq" surələrinin hərəsi 7 dəfə oxunub cütlüyə içirilməlidir.

- Evində cadu olanlara nə çarə deyə bilərsiniz?

- Həmin cadu tapılmalıdır, üzərində 7 ədəd dəfnə yarpağı yandırıb axar suya atılmalıdır. Bu cür batil edilir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            24 806 27.04.18 11:58