8 yaşlı uşağı zorla atasından alıb, anasına verdilər - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

8 yaşlı uşağı zorla atasından alıb, anasına verdilər - VİDEO

Məhkəmə icraçıları qərara uyğun olaraq 8 yaşlı uşağı atasından alaraq anasına verməyə çalışır.

Median.Az
sonxəbər-ə istinadən məlumat verir ki, atası ilə yaşamaq istəməyən azyaşlı qız müqavimət göstərir.

Sözügedən məsələni araşdırmaq üçün azyaşlının valideyni Firdovsi Məmmədovla əlaqə saxladıq. Məlum oldu ki, Firdovsi Məmmədov ailəli olduğu halda 8 il bundan öncə Vəliyeva Günellə qeyri-rəsmi nikaha daxil olub və o nikahdan Leyla adlı qızı dünyaya gəlib. Leylanın 4 yaşı olanda isə onlar arasındakı münasibət sona çatıb. Belə olduğu halda, G.Vəliyeva 4 yaşlı Leylanı atasına verərək onları tərk edir.

F.Məmmədovun sözlərinə görə, hazırda 8 yaşlı olan Leyla bu illər ərzində onu böyüdüb boya-başa çatdıran qadını (atasının həyat yoldaşı) öz anası bilir.

Məhkəmənin qərarı ilə anasına verilən uşaq buna görə müqavimət göstərir:

"Mənim öz ailəm var. Bu xanımla qeyri-rəsmi münasibətdə olduğum müddətdə Leyla adlı bir qızımız dünyaya gəldi. Leylanın 4 yaşında anası Günel uşağı gətirib qapımıza atdı. Bütün paltarlarını da yığıb gətirdi ki, bu uşaq mənə lazım deyil. İki il keçdikdən sonra yenidən uşağı aparmağa gəldi. Mən də uşaqla görüşməyinə icazə verirdim. Lakin gördüm ki, uşağı hər dəfə gecə 12-dən sonra evə gətirirdi. Bu söhbətə görə onunla mübahisəm düşdü. Mingəçevir şəhər məhkəməsinə müraciət etdim və lehimə qərar verildi. Yəni, uşaq mənim himayəmdə qalmalı oldu. Sonra anası Apelyasiya məhkəməsinə müraciət etdi. Onların əleyhimə olan qərarından sonra mən də Ali məhkəməyə müraciət etdim. Məhkəmənin qərarı ilə uşaq azyaşlı olduğuna görə anasına verilməli oldu. Nə dərəcədə düzgündür, onun qolunu buraraq aparmaq?! Mənim özümün Leyladan başqa 3 uşağım var, Leyla onlarla birgə böyüyüb. Həyat yoldaşımı öz anası kimi bilir. Dəfələrlə anasına zəng etmişəm ki, uşaq səni istəyir, gəl, görüşün. Hər dəfə gah Qəbələdə, gah da Şəkidə istirahətdə olduğunu bildirib. Üstəlik, zəng edib narahat etməməyimi də tələb edib. Bu uşağa niyə psixoloji təsir edib, məcburi yolla aparırlar?! Bu gün uşaqla görüşdüm, rəngi ağappaq olmuşdu. Elə bil keyitmə dərmanı vurulub uşağa...

O, keçmişdə qeyri-rəsmi münasibətdə olduğu xanımının Göyçayda restoranlardan birində müğənni kimi çalışdığını da gizlətməyib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 327 26.04.18 16:13