Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib.
Bu barədə oxu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda xatırladılıb ki, “Formula-1” üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.
Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 - 5 maydakı yaz tətilinin 24 - 30 aprelə keçirilməsi, 5 - 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.