Nəsimi sakinləri prezidentdən kömək istədilər – MÜRACİƏT+FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Nəsimi sakinləri prezidentdən kömək istədilər – MÜRACİƏT+FOTOLAR

Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə 5a ünvanda yaşayan sakinlər mətbuat vasitəsilə prezidentdə müraciət ünvanlayıblar.

Modern.az-a göndərilən müraciətdə deyilir:

– Hörmətli media nümayəndələri!

Hər şeydən əvvəl dövlət başçısı İlham Əliyevi növbəti 7 il müddətinə Prezident seçilməyi münasibətilə ürəkdən təbrik edirik, Ona Ali dövlətçilik fəaliyyətində yalnız uğurlar arzulayırıq.

Cənab Prezident İlham Əliyevin ölkəmizin bütün vətəndaşlarının problem və qayğılarına daim diqqətlə yanaşdığını bilirik. Binanın sakinlərində yaranmış ciddi narahatlığa görə ölkə rəhbərinə müraciət etmək məcburiyyətində qaldıq.

Belə ki, yaşadığımız Nəsimi rayonu, Hüseyn Seyidzadə 5a binasının lap yaxınlığında ağacları kütləvi şəkildə qırıb onun yerində hündürmərtəbəli yaşayış binası tikilir. Ərazidəki binaların əksəriyyəti hündürmərtəbəli olduğundan əhali kifayət qədər sıxdır və insanların istirahəti üçün geniş park, qaz, su, kanalizasiya, kommunikasiya sistemi, uşaqlar üçün istirahət yeri nəzərdə tutulmayıb. Yaxınlıqda yerləşən uşaq bağçası və məktəbdə yer çatışmazlığı olduğundan, uşaqlarımızı uzaq məsafəyə aparmaq məcburiyyətində qalırıq. Belə bir şəraitdə binanın lap yaxınlığında – 10 metrliyində yeni bir hündürmərtəbəli yaşayış binasının tikilməsi hamını ciddi narahat edir. Sakinlər dərdlərini kimə deyəcəklərini bilmir. Özü də insanları qorxudurlar ki, səsinizi çıxarsanız sizi həbs edəcəklər.

Ümidimiz yalnız Cənab Prezidentədir. Tikilməsi planlaşdırılan yeni bina həm də Eşitmə Qabiliyyəti Zəif olan Uşaqlar üçün Bağçanın ərazisinə birləşib. Uşaqların normal istirahət etmələrinə heç bir yer, şərait yoxdur. Yaxşı olardı ki, ərazidə ya yeni bir bağça, ya da park salınsın. Hörmətli media nümayəndələri, xahiş edirik, bu məsələni ictimailəşdirin, sakinlərin narahatlığına son qoyulması üçün tikintinin dayandırılması və ərazinin abadlaşdırılmasına diqqət ayırasınız. Biz seçkilərdə Prezident İlham Əliyevə səs verən vətəndaşlar olaraq bir daha Onu təbrik edir, bağırımıza basırıq. İnanırıq ki, müraciətimizə diqqət ayrılacaq. Dərin hörmətlə,

HÜSEYN SEYİDZADƏ “5 A” BİNANIN SAKİNLƏRİ (İMZALAR ƏLAVƏ EDİLİR)

Əlaqə telefonlar: 050-281-18-89, 070-255-80-40, 050-200-45-44


















скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 402 25.04.18 12:24