Bakıda maşın alverçilərinin yeni fırıldağı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |    

Bakıda maşın alverçilərinin yeni fırıldağı - FOTO

Bakıda ikinci əl avtomobillərin alveri biznesi inkişaf edir. Şənbə və bazar günləri maşın bazarına gedən yollarda tıxac yaranır. İş o yerə çatıb ki, alverçilər bazarın hüdudlarından kənara çıxaraq, birbaşa şosedən avtomobil “ovlayırlar”.

Median.Az
xəbər verir ki, ilk vaxtlar öz avtomobillərini satmaq istəyən sürücülər bunu yaxşı fikir kimi qəbul edirdilər, çünki bu halda bazara giriş üçün pul ödəmək lazım deyil (10 manat – red.) və əllə “pul təklif etməyə hazıram” işarəsi verən alverçi gördükdə, maşınlarını həvəslə saxlayırdılar.

Lakin vaxt keçdikcə bu problem yaratmağa başlayıb.

Bu barədə adını demək istəməyən paytaxt sakini oxu.az-a açıqlamasında danışıb:

“Mən Badamdarda yerləşən işlənmiş avtomobillərin bazarına gedirdim. Atama aid 2002-ci il buraxılışı olan “Mersedes E class” maşınını satmaq istəyirdim.

Bazara çatanda bir nəfər əlini qaldıraraq işarə etdi. Mən maşını saxladım.

O dedi ki, alverçidir və elə buradaca maşınımı ala bilər. Bir az sövdələşdikdən sonra razılaşdıq. Amma o, maşınımı tanış ustalara göstərəndə hər şey bir-birinə qarışdı.

Ustalar maşınıma “baxdıqları” və qəsdən maşınımdakı kiçik nasazlıqları düzəltdikləri zaman bu alverçi bütün var gücü ilə diqqətimi yayındırmağa çalışırdı.

Baxmayaraq ki, indiyə kimi maşında hər şey qaydasında idi, ustalar dedilər ki, maşında lyuk, kondisioner və əyləc sistemi işləmir. 1000 manat xərci var.

Onda anladım ki, bu bir fırıldaqdır. Onlar qəsdən kiçik nasazlıqları sıradan çıxarıblar ki, daha 1000 manat qiyməti aşağı salsınlar”.

Aydın olub ki, analoji hadisələr artıq geniş miqyas alıb. Polisə şikayətlər daxil olub.

Nəhayət, dünən vəziyyətə post-patrul xidmətinin əməkdaşları münasibət bildiriblər. Onlar Badamdar ərazisində yol polisi ilə birgə operativ tədbirlər həyata keçiriblər.

Onlar alverçilərə maşın bazarına gedən yolun kənarında dayanmağa icazə verməyiblər. Polisin xəbərdarlığına məhəl qoymayanlar isə saxlanılıb.










скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 813 16.04.18 12:21