Paytat Bakıda əsən küləyin Binəqədi rayonunda təhlükəli vəziyyət yaratdığı barədə məlumat vermişdik.
Belə ki, əsən külək rayonun Şövkət Məmmədova küçəsində, yaşayış binasına yaxın əkilən şam ağacını yerindən tərpədib və aşmaq təhlükəsi ilə üz üzə qoymuşdu.
Median.Az big.az-a istinadən xəbər verir ki, bir neçə günə qədər heç bir tədbir görülməsə də naməlum şəkildə ağac gecə ilə yerindən kəsilərək çıxarılıb. Sakinlər qeyd edirlər ki, ağacın hansı şəkildə kəsilməsi və yoxa çıxması barədə heç bir məlumatları yoxdur:
“Biz bu barədə həm aidiyyatı orqanlara həm də mətbuata xəbər vermişdik, lakin heç bir tədbir görülmədi. Bir neçə gün bundan öncə isə ağac qeybə çəkildi. Sabah durduq ki, ağac yerində yoxdur”.