Azərbaycan hökuməti nə vaxt istefaya göndəriləcək? » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |     20:01 DGK ilə keçmiş işçisi arasında pensiya mübahisəsi  |     19:50 Azərbaycanda müstəntiq faciəli şəkildə HƏLAK OLDU  |     19:42 Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC  |     19:33 İmişlinin iki yaşayış məntəqəsində qaz kəsiləcək  |     19:25 2024-cü ildə quqlda ən çox onları axtardılar  |     19:18 Mahmud Qurbanov: "Juninyonun gedişi Azərbaycan futbolu üçün müsbət haldır"  |     19:07 Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK açıqlama  |     18:45 Yeni COVID epidemiyası başladı: təhlükəlidir  |     18:33 Pakistanda nəzarət-buraxılış məntəqəsi terrorçuların əlinə keçdi: Ölənlər və yaralananlar var  |     18:21 Pentaqon yeni uzaqmənzilli raketləri sınaqdan keçirib: Ukraynada tətbiq ediləcək?  |     18:18 Xaçmaza yeni polis rəisi təyin olunub  |     17:42 Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib  |     17:00 Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTO  |     16:53 Türkiyə vətəndaşı Azərbaycanda öldü  |     16:50 AYNA Bakıda avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanlarını quraşdırmağa başlayıb  |     16:14 DİN-in əməkdaşı kikboksinq üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb  |     14:44 Qazaxda 43 yaşlı piyadanı avtomobil vurub, vəziyyəti ağırdır  |     14:38 Azərbaycanda qaraciyər köçürülən aktyor vəfat etdi  |    

Azərbaycan hökuməti nə vaxt istefaya göndəriləcək?

Dünyada yeni seçilmiş prezidentlərin and içərək öz fəaliyyətlərinə başlamaları müəyyən vaxtdan sonra baş tutur. ABŞ, Rusiya kimi dövlətlərdə yeni seçilən prezidentin andiçmə mərasimi seçkilərdən bir neçə ay sonra keçirilir. Bu prosedur hər bir ölkənin müvafiq qanunvericiliyi ilə tənzimlənir.

Azərbaycanda da aprelin 11-də prezident seçkiləri keçirilib. Yenidən prezident seçilmiş İlham Əliyevin and içərək yeni dönəmə başlayacağı, həmçinin Nazirlər Kabinetinin yenidən formalaşdırılacağı tarix maraq doğurur.

Median.Az-ın məlumatına görə, hüquqşünas, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov "Yeni Müsavat”a açıqlamasında deyib ki, bu  proses Azərbaycan Respublikasının Konstitusiyası və Seçki Məcəlləsi ilə tənzimlənir.
 
Belə ki, Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir: "Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir. Azərbaycan Ana Yasasının 102-ci maddəsinə görə, ”Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan edir".

Konstitusiyanın 103-cü maddəsində isə qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir: "Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır".

Nazirlər Kabinetinin yenidən formalaşdırılması müddətinə gəlincə, Konstitusiyaya əsasən, yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Konstitusiyada yeni kabinetin formalaşdırılması müddəti qeyd olunmasa da, baş nazirin təyinatı müddəti əksini tapıb. Belə ki, ali sənədin 118-ci maddəsinə görə, baş naziri Milli Məclisin razılığı ilə ölkə prezidenti təyin edir: "Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.  Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan təyin edə bilər”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 570 14.04.18 16:26