Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, aprelin 6-da Nardaran stansiyasından 15 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar yerli vaxtla saat 18:41:07-də olub. Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.