“Yeni Yasamal” MTK jurnalisti də aldadıb: 125 minlik mənzil daha 3 nəfərə satılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

“Yeni Yasamal” MTK jurnalisti də aldadıb: 125 minlik mənzil daha 3 nəfərə satılıb

Mənzil Tikinti Koperativi (MTK) adı altında fırıldaqçılıq edən bəzi “şirkətlər”in “fəaliyyəti” zaman-zaman mətbuatın gündəmində olub. Vətəndaşların etibarından sui-istifadə edən belə “şirkətlər” əksər hallarda inşa etdikləri çoxmərtəbəli binalardakı eyni mənzili bir neçə nəfərə satmaqla qanunsuz qolla pul qazanmağa çalışıblar.

Fırıldaqçı MTK-ların toruna düşənlərdən biri də tanınmış tənqidçi-publisist, jurnalist Nərgiz Cabbarlıdır. 4 ildir 125 min manat ödədiyi mənzildə yaşamaq uğrunda mübarizə aparan N.Cabbarlı nəticə hasil olmadığından çıxış yolunu məsələni ictimailəşdirməkdə görüb.

Median.Az xəbər verir ki, bu barədə Modern.az-a danışan N.Cabbarlı bildirib ki, 2015-ci ildə “Yeni Yasamal” MTK-nın binasında mənzil sahibi olmaq üçün 125 min manat ödəyib. Amma məlum olub ki, həmin mənzil ondan başqa daha 3 nəfərə satılıb:



“2015-cü ildə “Yeni Yasamal” MTK-ya ödəniş edib, ev almışam. Mənzil yoldaşım Abdullayev Natiq Alı oğlunun adınadır. Bununla bağlı mənə sənəd veriblər. Mən bu binada mənzilə sahib olmaq üçün bankdan kredit götürmüşəm, atamgilin evini girov qoymuşam. 4 ildir ki, banklara pul ödəyirəm. Əlimdə müqaviləm, çıxarışım, ödənişlə bağlı sənədim var. Dörd otaqlı mənzil üçün 125 min manat ödəmişəm. Yeni Yasamal MTK-nın sədri Cahangir Alışova ilkin olaraq 40 min manat verdim, daha sonra bankdan kredit götürüb qalanını da ödədim.

Keçən ilin yanvar ayında qərara gəldim ki, mənzilə qapı qoydurum. Getdim gördüm ki, mənzilə artıq qapı qoyulub. Halbuki, bir ay əvvəl mənzildə olmuşdum.  Araşdıranda mənə məlum oldu ki, mənzil başqasına da satılıb. MTK-nın sədri Cahangir Alışovla görüşdüm. Məni əmin etdi ki, “yanlışlıq olub, narahat olmayın, ev sizindir”.

O mənə əlavə olaraq 5 min manat da ödəməli olduğumu bildirdi. Dedi ki, “qarışıqlıq olub, əlavə 5 min də ödəyin, heç bir problem qalmasın”. Getdim borc tapdım 5 min manatı onun vəkili Habil Fətəliyevə verdim. Sonra getdim əvvəlki qapını çıxartdırıb öz qapımı qoydum. Qonşuluqdakı mənzili təmir edən ustalardan xahiş etdim ki, nəsə problem olsa ,mənə xəbər etsinlər. Üstündən bir neçə gün keçmiş usta mənə zəng etdi ki, “tez gəlin, sizin qapını çıxarıb yerinə başqa qapı qoyurlar”.

Və daha bir araşdırmadan sonra məlum oldu ki, bu mənzil məndən əvvəl – 2007-ci ildə Etibar Quliyev adlı şəxsə də satılıb. Mənim əlimdə olan sənədlərdən onda da var. Məsələ ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdik. Orda da məlum oldu ki, 138 nömrəli mənzil 4 adama – 2007-ci ildə Etibar Quliyevə, 2014-cü ildə başqa birinə, 2015-ci ildə mənə və 2016-cı ildə daha bir nəfərə satılıb. Və qapını qoyan da 2016-cı ildə ortaya çıxan adamdır”



Şikayətçi bildirir ki, qaz verilməsə də, hazırda həmin binada yaşayış var:

“Təxminən 30 faizə yaxın mənzildə sakin yaşayır. Cahangir Alışov 5 mini alandan sonra mənə yol göstərdi. Dedi məhkəməyə müraciət edim ki, mənzil hüququm tanınsın. Sədr mənə dedi ki, “Etibar Quliyev pulu tam ödəməyib, özü də ödənişi podratçıya edib. Həmin podratçı indi tutulub. Yaxşı olar ki, siz məhkəməyə müraciət edəsiniz ki, mənzil hüququnuz tanınsın”.

Mən 2017-ci ildə Yasamal rayon Məhkəməsinə müraciət etdim. Prosesə Xuraman adlı hakim baxdı. Sonra məlum oldu ki, Etibar Quliyev də məhkəməyə müraciət edib və onun da iddiasına Xuraman xanım baxır. Mənim isə bütün bunlardan xəbərim yoxdur. Yalnız bir gün əvvəl mənə məhkəmənin vaxtı barədə mesaj göndərdilər. Getdim, mənə söz verilmədən, şikayətim dinlənilmədən Etibar Quliyevin xeyrinə qərar çıxarıldı. Və məlum oldu ki, İqtisad Məhkəməsi binadakı 34 mənzilə həbs qoyub. Qərar verilib ki, məsələ aydınlaşdırılana qədər mənzillər satıla bilməz. Yəni 34 mənzil mübahisəlidir. Mənə hələ də qaranlıqdır ki, əgər İqtisad Məhkəməsi mənzillərin satışına icazə vermirsə, Etibar Quliyevin xeyrinə necə qərar çıxarılıb? Bunu aydınlaşdırmaq üçün də apellyasiya şikayəti vermişəm”.

Şikayətçi Nərgiz Cabbarlı bildirir ki, hazırda həmin mənzildə yaşayış yoxdur:

“Məni narahat edən bilirsinizmi nədir? Lap tutaq ki, məhkəmə pulların geri qaytarılması qərarını çıxaracaq. Amma Cahangir Alışov həbsdədir. Vəkili Habil Fətəliyev həbsdədir. Kim bilir Alışov nə vaxt çıxacaq, pulumu nə vaxt qaytaracaq, mən mənzilimdə yaşaya biləcəm? Çünki bu pulun qaytarılma mexanizmi yoxdur.

Mən heç o pulu istəmirəm, mənzilimi istəyirəm. Çünki həmin pul dəyərdən düşüb devalvasiyadan sonra. 2014-cü ildə mən 125 min manat ödəmişəm. 2007-ci ildə mənzili alan adam 76 min manat ödəyib. Bizdən sonrakı 35 min manat ödəyib, qalanını da ödəyəcəyini bildirib. Baxın vəziyyət belədir. Mən illərdir qazandıqlarımı evə qoymuşam, o da mənim deyil. Mən bir ildir təkbaşına mübarizə aparıram. Gördüm daha çarəm yoxdur. Ona görə məsələnin ictimailəşməsini istəyirəm”.

Qeyd edək ki, “Yeni Yasamal” MTK-nın Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi 5 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binası ilə bağlı doqquz il əvvəl başlamış qalmaqala görə tikinti şirkətinin rəhbəri Cahangir Alışov həbs edilib. Şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən o da saxlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 363 06.04.18 18:18