Azərbaycanın tarixi abidələrini və görməli yerlərini özündə əks etdirən süvenirdə Dağlıq Qarabağın ərazisinin göstərilməməsi müzakirələrə yol açıb.
Median.Az xəbər verir ki, sözügedən süveniri PR meneceri Sənan Nəcəfov öz səhifəsində başlayıb. Belə ki, süvenirdə Azərbaycanın xəritəsi əks olunsa da, Dağlıq Qarabağ ərazisi həmin xəritəyə salınmayıb. Bu məsələ də süveniri görənlərin ciddi narazılığına səbəb olub.
Qeyd edək ki, həmin süvenirlər isə xarici turistlərə satılır.