“Mən Allahın yolunu tutmuşam” — Hadı Rəcəbli » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

“Mən Allahın yolunu tutmuşam” — Hadı Rəcəbli

“Mənim xanımım həci xanımdır. İki qızım, iki bacım həci xanımdır. Ailə üzvlərim namaz qılır, Allaha ibadət edirlər. Bizim evdə stolun üstündə Quran var. Mənim bu dəqiqə Milli Məclisdəki kabinetimdə başımın üzərində Quran var. Mən Allaha bağlı insanam. Allahın yolunu da həmişə tutmuşam”.

Median.Az xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında Milli Məclisin deputatı Hadi Rəcəbli deyib.

O bildirib ki, Allah ömür versə, Kəbə evinə təkrar getməyi düşünür:
"Hazırda Həccə getməyi planlaşdırmıram. Allah ömür verər, məqam olarsa, Həcc ziyarətinə bir dəfə də gedərəm. Mən Kəbə evinin içərisində olmuşam: Ulu Öndər Heydər Əliyev və cənab İlham Əliyevlə birlikdə. Mənə bu qismət olub. Bu, böyük bir xoşbəxtlikdir. Orada Kəbə evinin qapısını bizim üçün Səudiyyənin kralı açdı. Biz kralın qonaqları idik. O xoşbəxtlik mənə nəsib olub. Kəbə evində olduğum ruhu da saxlamışam. Çünki Allahdan qorxmaq lazımdır”.

Millət vəkili onun sözlərini mətbuatda təhrif edən jurnalistlərə səslənib:

“Mən özüm də jurnalist işləmişəm, jurnalistlərin dostuyam. Jurnalist dostlara da səslənirəm ki, Allah xofu ürəklərində olsun. Allahdan qorxsunlar. Bir az diqqətli olsunlar. Yazıları təhrif etməsinlər. Yaşlı adamlara qarşı bir az da həssas olsunlar. Mən mətbuata açığam, bunlar isə mənim başıma gör, nə oyunlar gətirirlər. Bu da çox narahatedici məsələdir. Mən də o jurnalistləri Allaha tapşırıram ki, mənim ünvanıma o qədər söyüş söydürürlər. Allah da bilir. Mən Allaha şükürlər olsun ki, Allahın yolunu tutmuşam, 25 ildir ki, parlamentdəyəm və başımın üstündə də Quran var”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 474 05.04.18 23:02