Azərbaycanda daha bir saxta məhsul aşkarlanıb.
Ölkədə fəaliyyət göstərən mağazalarda satışda olan «Россия» şokoladı saxta çıxıb.
Belə ki, orta məktəb müəllimlərindən biri şagirdlərinin gözü önündə təcrübə aparıb. O, şokoladı yandırıb və məhsul alışmağa başlayıb. Əslində isə şokolad istinin təsirindən əriməli idi. Müəllim insanları diqqətli olmağa çağırıb.
Qeyd edək ki, «Россия» şokoladı Azərbaycana Rusiyadan idxal olunur.
Xatırladaq ki, bir müddət öncə ölkədəki mağazalarda saxta düyünün satılması barədə yayılan xəbərlər gündəm mövzusuna çevrilmişdi./minval.az