Gədəbəydə 14 yaşlı məktəbli qız qaçırılıb – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu məktəbdə yoxlamalar BAŞLADI  |     22:55 Laçında aşan yük avtomobilinin görüntüsü - VİDEO  |     22:49 Hansı avtomobillər keyfiyyətsizdir?  |     22:41 “M23” üsyançıları Konqonun şərqində irəliləyir  |     22:34 Azərbaycanın nar ixracından gəliri niyə azalıb?  |     22:28 Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı  |     22:21 Ağdərədə ermənilərə məxsus silahlar aşkarlandı  |     22:16 Daha bir ölkə ÜST-dən çıxır  |     22:07 Bakı metrosunda qatarın tavanından salona su axdı - Araşdırma aparıldı  |     21:59 "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə edildi - Rəhbəri narazı qaldı  |     21:46 Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır  |     21:40 ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir  |     21:15 "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib  |     21:14 Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq  |     21:10 Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldılar  |     21:05 DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"  |     21:04 Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb  |     21:02 Ağcabədidə keçmiş məhkum özünü asdı  |     20:57 AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ (VİDEO)  |     20:31 Turabi barəsində həbs qərarı çıxdı  |    

Gədəbəydə 14 yaşlı məktəbli qız qaçırılıb – VİDEO

Gədəbəydə 8-ci sinif şagirdi məktəbdən qayıdarkən qaçırılıb.

Median.Az
“xezerxeber.az”a istinadən xəbər verir ki, hadisə Gədəbəyin Arıqdam kəndində baş verib.

Kənd sakini 14 yaşlı Səbinə İsgəndərova martın 27-də günorta saatlarında dərsdən evə qayıdarkən 3 nəfər oğlan tərəfindən "Niva" markalı avtomobilə oturdularaq qaçırdılıb.

Anası Mətanət İsgəndərovanın dediyinə görə, Səbinəni Əli Qurbanov adlı 19 yaşlarında olan həmkəndlisi zorla qaçırıb və bu işdə onun dostları Vüqar Sadıqov və Elyar Sadıqov da yaxından iştirak ediblər.

Qızın valideynləri bildirir ki, əvvəllər Əli Qurbanovun ailəsi qızları üçün elçi düşməyiblər. Ancaq oğlan özü hər gün qızı məktəbdən evlərinə kimi təqib edirmiş. Övladlarının taleyindən narahat olan valideynlər qızın hara qaçırıldığından xəbərsizdirlər.

Kənd sakinləri bu cür halın kənddə ilk dəfə olmadığını deyirlər. Əvvəllər də yetkinlik yaşına çatmayanların qaçırılması faktına rast gəlinib.

Gədəbəy Rayon Polis Şöbəsindən bildirildi ki, məktəblinin qaçırılması ilə bağlı xəbər daxil olandan sonra təxirəsalınmaz axtarışlara başlayıblar. Qızı qaçıranların yuxarda adları çəkilən şəxslər olduğu da müəyyənləşib. Yaxın zamanda cinayəti törəndən şəxs və ya şəxslər tapılaraq istintaqa cəlb olunacaqlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 532 29.03.18 13:02