Sürücü cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:45 Bakıda oğlan sevgilisini şantaj etdi: Polisdən ƏMƏLİYYAT  |     14:44 Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq  |     14:27 İki yeniyetməni zorladı, onlardan biri intihar etdi - Bakıda TÜKÜRPƏDƏN CİNAYƏT  |     14:08 ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb  |     13:52 Azərbaycanda DƏHŞƏT: 15 yaşlı oğlan özünü ov tüfəngi ilə öldürdü  |     13:42 Azərbaycanlı futbolçunun Belçika klubuna transferi baş tutmadı - SƏBƏB  |     13:15 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində NƏ BAŞ VERİR? - Kütləvi ixtisarlar başladı  |     12:57 Hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib - SOCAR məlumat yaydı  |     12:41 Polis Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var  |     12:40 FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  |     12:39 Bakıda iki avtomobil toqquşdu: Üç nəfər öldü  |     12:39 Ağstafada hərbçilər dəm qazından zəhərləniblər  |     12:36 Jurnalist Şəmşad Ağa saxlanıldı  |     12:35 "ChatGPT" yaradıcısından möhtəşəm yenilik: Smartfonları əvəz edəcək qadcet hazırlanır  |     12:33 "Buzlaqlar sürətlə əriyir" - Britaniyalı alim  |     12:27 Qulaqlarda cingiltinin səbəbləri nələrdir? - Həkim açıqlayır  |     12:27 FIDE-dən Karlsenin turnirində iştirak edən şahmatçılara ULTİMATUM  |     12:25 Siqaret çəkməyənlər arasında ağciyər xərçəngi artmaqda davam edir  |     12:24 "Yuventus" Kenan Yıldıza qiymət qoydu  |     12:23 Ölmüş toxumaları "dirildən" material icad edildi  |    

Sürücü cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir?

Əgər dövlət yol polisi yolun hərəkət hissəsində olan maneəni aradan qaldırmırsa, nəyə görə maneəni kənardan keçməyə məcbur qalan sürücü cəzalandırılmalıdır?

"Qədərdən qaçmaq olmaz"a inanlardanam. Fevralın 1-də Bakının Nizami rayonu ərazisində sağ tərəflə hərəkət edən avtomobil xarab olub yolda dayandığı üçün məcbur olub solundan keçdim və svetaforun qırmızı işığına düşdüyümdən yaşılı gözləməli oldum. Məndən arxada da DYP avtomobili dayanmışdı. Oradan üç yüz metr aralanandan sonra gördüm həmin DYP avtomobili təqib edir, halbuki təqib qanunla birmənalı şəkildə qadağandır. Saxlayıb gözlədim, inspektor gəlmədi, məcbur olub özüm düşdüm. İzah etdi ki, qarşıdan gələn avtomobillərin yoluna çıxıb saxlamışdın, mən də gözlədim qayda pozuntusunu sona qədər icra edəsən, ona görə də sonradan qovub saxlatdım və s. Mən də izah etdim ki, məndən sağdakı avtomobil hansısa səbəbdən qarşıda saxlayıb hərəkətə mane olurdu, mən də məcburən sola keçdim və asfaltda heç bir nişalanma xətləri olmadığından qarşı yola çıxmağımın da fərqində olmamışam, istəsən gedib birlikdə baxaq orda xətt var, ya yox?

İnspektor dedi ki, guya mənə 4 ballıq, 100 manatlıq cərimə düşür, çünki əks yola çıxıb dayanmışammış. Yaxşısı budur, 3 ballıq, 60 manatlıq cəriməyə "hə" deyim, məsələ bitsin. İşə tələsirdim deyə, mübahisə nəticəsində işə gecikcəyim dəqiq idi, bu səbəbdən də protokola imza atdım. Bir haşiyə çıxıb bildirim ki, sonradan məsələnin dəqiq araşdırılması ilə bağlı müvafiq qurumlara onlayn müraciət etsəm də, bir nəticəsi olmadı, bu günə qədər araşdırmanın nəticəsi barədə heç bir məlumat verilməyib.

Sonradan əmin oldum ki, inspektor məni saxladanda vəzifəsindən sui-istifadə edərək, yalan məlumat verib. Çünki yazılan protokolda İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən qayda pozmağım iddia olunur. Bu da tətbiq olunan ən ağır cərimədir. 4 ballıq, 100 manatlıq cərimə tətbiq olunmasına əsas verən qayda pozuntusu tötətməyim barədə isə söhbət gedə bilməz. Hətta polisin "saxla" tələbinə əməl etməyənlərə səksən manatlıq cəza tətbiq olunur. Belə çıxır ki, məqsəd, sürücüləri daha ağır cəza ilə qorxudub, öz istədikləri cəzanın təıtbiqinə razı salmaqdır. Halbuki son 5 il ərzində hesabımda heç bir qayda pozuntusu yox idi.
Bir vacib məsələni də qeyd edim ki, İnzibati Xətalar Məcəllsinin 327.2-ci maddəsində həm də böyük bir boşluq var- maneəni kənardan keçməklə bağlı. Əgər dövlət yol polisi yolun hərəkət hissəsində olan maneəni aradan qaldırmırsa, nəyə görə maneəni kənardan keçməyə məcbur qalan sürücü cəzalandırılmalıdır? Yoxsa cərimələnməmək üçün avtomobilni maneənin qarşısında saxlayıb, illərin keçməsini gözləməlidir?

Dünən səhər yol polisinin daha bir "sürprizi" iə qarşlılaşdım. Fevralın 5-də, saat 7.56-da "Nargilə" kafesinin yaxınlığından keçəndə radar avtomobilimi çəkib ki, sığorta müddəti bitib. Bundan cəmi 2 saat sonra isə yeni sığorta müqaviləsi qüvvəyə minib. Amma araşdrma aparılmasına baxmayaraq, 2 saat fərqinə görə mənə 50 manatlıq cərimə tətbiq olunub. Halbuki sığorta müqaviləsinin sistemə 2 saat gec oturdulması mənim günahım deyil və bu 2 saat müddətində də heç bir nəqliyyat hadisəsi törətməmişəm. MMX məlumatlarını araşdıran şəxslər bunu nəzərə alaraq, cərimə tətbiq etməyə bilərdilər, amma ediblər.

P.S. "Arqumentı i faktı" qəzetində Riqa şəhər dövlət yol polisi idarəsi rəisinin müsahibəsini oxumuşdum. Deyirdi ki, birinci dəfə qəsdən qayda pozmayanlara güzəşt edilməsi barədə göstəriş verib. Bu həm də sürücülərlə yol polisləri arasında qarşlııqlı etimadın gücləndirilməsinə səbəb olur. Çünki yol polisi qayda pozulmasının və cərimə tətbiq olunmasının deyil, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin marağında olmalıdır.//avrasiya.netскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 529 12.03.18 13:10