Qida Təhlükəsizliyi Agentliyinə yeni təyinat » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:10 Alimlər kvant kompüterlərində kainatın məhvini modelləşdirdilər  |     13:55 Paytaxtda yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb  |     13:37 Bu gün keçiriləcək ÇL-in pley-off oyunlarını hansı kanallardan izləmək olar? (ANONS)  |     13:25 Şirvanda beş evdən 53 min manatlıq oğurluq etdi: ƏLƏ KEÇDİ  |     13:23 Bu gün Əfv Komissiyasının ilk iclası keçiriləcək  |     13:22 Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə yeddi nəfər saxlanılıb  |     13:21 İngiltərədə uşaq meydançasının altından 176 bomba aşkarlandı  |     13:05 Dünyada temperatur rekord yüksək səviyyəyə çatıb - HƏYƏCAN TƏBİLİ  |     13:01 Rahatlıq üçün ortopedik kresloya keçid zərər verə bilər - GİZLİ TƏHLÜKƏ  |     12:54 Çində yanğınsöndürənlər robot itdən istifadə ediblər  |     12:52 Meymun beynini insan beyninə çevirən mexanizm tapıldı  |     12:52 Ağciyər xərçəngi olanlar üçün yeni ümid: Şişin "zəif nöqtəsi" aşkarlandı  |     12:51 İki nəhəng şirkət süni intellekt hazırlayır  |     12:50 Daha bir kişi Diddini təcavüzdə ittiham edir - Məhkəməyə müraciət etdi  |     12:49 "Şirniyyat sevgisi" hansı xəstəliyin əlaməti ola bilər?  |     12:48 "Binance" və SEC məhkəmə prosesinin dayandırılması ilə bağlı birgə vəsatət qaldırdılar  |     12:47 "Qalatasaray" - "Fənərbağça" derbisinin tarixi açıqlandı  |     12:47 Ermənistanı silahlandıran Fransa özü müdafiəsiz qala bilər  |     12:46 Çin səddinin tunellərində minlərlə ballistik raket gizlədilib  |     12:41 Azərbaycanda polis mayoru VƏFAT ETDİ - FOTO  |    

Qida Təhlükəsizliyi Agentliyinə yeni təyinat

Azərbaycan Respublikası prezidenti İlham Əliyev 14 fevral 2018-ci il tarixli, 3673 saylı sərəncamı ilə Rüfət Bünyat oğlu Rüstəmzadəni Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edib.

Rüfət Rüstəmzadə 1975-ci ildə Bakı şəhərində anadan olub.

Ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2002-ci illərdə illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa Birinci Texniki Yardım Layihəsinin işçi qrupunda müxtəlif vəzifələrdə çalışıb.

2002-2007-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dünya Bankının İnstitusional Quruculuğa İkinci Texniki Yardım Layihəsinin işçi qrupunun direktoru olub.

2007-2010-cu illərdə “Caspian Biznes Consaltinq” MMC-nin idarəedici tərəfdaşı, 2010-2013-cü illərdə isə Liviya – Azərbaycan QSC-nin İdarə Heyətinin sədri kimi əmək fəaliyyətini davam etdirib.

2014-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri vəzifələrində çalışıb.

Rüfət Rüstəmzadə daha sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 251 15.02.18 15:52