Xəzər TV-nin "Səni axtarıram" verilişində polis efirə basqın edib.
Baku.ws-in məlumatına görə, aparıcı Xoşqədəm Hidayətqızının efirinə qonaq olan şəxsin övladlarına görə kəsilmiş alimenti ödəmədiyi məlum olub.
Söhbət zamanı öz üzərinə düşən öhdəliyi yeriə yetirməyən şəxsi kanala gələn polislərə təhvil veriblər. 2013-cü ildən aliment ödəyən şəxsin 2016-cı ildən ödəniş etmədiyini bildirib.
Məhz bu etirafdan sonra polisə məlumat verilib və həmin şəxs hüquq mühafizə orqanlarına təhvil verilib.
Həmin görüntüləri təqdim edirik: