Ata uşaqlarına görə intihar edəcəyini deyir: “Buna məcburam…” » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |     12:04 Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu  |     11:39 Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib  |     11:20 Qazaxıstan KİV: 7 nəfərin cəsədinin şəxsiyyəti müəyyən edilib  |     11:09 Qəzanın görüntülərini yayan bloger 10 sutkalıq həbs olundu  |     23:05 Sumqayıtda iynədən şoka düşən kişi ölüb  |     22:53 Aviaqəzadan sağ çıxan zaqatalalı qız anasına video göndərdi (VİDEO)  |    

Ata uşaqlarına görə intihar edəcəyini deyir: “Buna məcburam…”

Şabran sakini sosial durumu pis vəziyyətdə olduğu üçün intihar edəcəyini deyir.

Xırdaoymaq kənd sakini Azad Alışov çöllük ərazidə ailəsi ilə birgə çadırda yaşayır. Onun sözlərinə görə, evi yandıqdan sonra müvafiq dövlət qurumlarına müraciət edib. Lakin A.Alışovun müraciətlərinə baxan olunmayıb.

“Uşaqlarım ağır xəstədir, imkanım yoxdur. Cəmi 55 manat müavinət alıram. Ailəmi çadırda qoyub getmək mümkün deyil. Buna görə, heç yerdə işləyə bilmirəm. Çöllükdə çaqqallar olduğu üçün məcburam ailəmin keşiyini çəkim. Bizimlə heç kim maraqlanmır” – Azad Alışov bildirib.

Kənd sakini deyir ki, yerli telekanallara belə müraciət edib, amma ona məhəl qoyan olmayıb.

Azad Alışov həmçinin intihar edəcəyini söyləyib: “Belə getsə, özümü öldürəcəyəm. İntihar etməyə məcburam. Uşaqlarım ölümün görməməkdən ötrü bu addımı atmalıyam. Bu, ata üçün ən böyük əzab olar”.//minval.infoскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 590 13.02.18 18:36