Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Laçında aşan yük avtomobilinin görüntüsü - VİDEO  |     22:49 Hansı avtomobillər keyfiyyətsizdir?  |     22:41 “M23” üsyançıları Konqonun şərqində irəliləyir  |     22:34 Azərbaycanın nar ixracından gəliri niyə azalıb?  |     22:28 Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı  |     22:21 Ağdərədə ermənilərə məxsus silahlar aşkarlandı  |     22:16 Daha bir ölkə ÜST-dən çıxır  |     22:07 Bakı metrosunda qatarın tavanından salona su axdı - Araşdırma aparıldı  |     21:59 "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə edildi - Rəhbəri narazı qaldı  |     21:46 Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır  |     21:40 ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir  |     21:15 "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib  |     21:14 Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq  |     21:10 Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldılar  |     21:05 DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"  |     21:04 Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb  |     21:02 Ağcabədidə keçmiş məhkum özünü asdı  |     20:57 AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ (VİDEO)  |     20:31 Turabi barəsində həbs qərarı çıxdı  |     20:24 Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşları aldadan şəxs tutulub  |    

Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb

Bayıl yamacındakı sürüşmə aktiv fazadadır. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb.

Median.Az
xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, sürüşmənin baş verdiyi ərazi tez doyan, qumlu-gilli süxurlardan ibarətdir: "Yamacın 45 dərəcəyə qədər meylliliyi var. Layların yatımı yamacın yatımı ilə eyni istiqamətdədir. Bu isə ərazinin sürüşməyə məruz qalmasını stimullaşdırır. Yamac da kəsildikdə proses sürətlənir".

Ə. Qaralovun sözlərinə görə, sürüşmə prosesinin dayandığını söyləmək olmaz: "Kütlə tam yerinə oturmalıdır ki, proses dayansın".

Ekspedisiya rəisi qeyd edib ki, Bayıl yamacında sürüşmə ərazisi 6,9 hektar ərazini əhatə edir: "Təhlükəli ərazinin konturları daxilində olan evlərin sayı 106-dır. 90-a yaxın evin sakinləri isə köçürülüb".

Qeyd edək ki, "Teleqüllə" sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 917 12.02.18 13:51