Polis yolda halı pisləşən qadını xilas etdi (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu məktəbdə yoxlamalar BAŞLADI  |     22:55 Laçında aşan yük avtomobilinin görüntüsü - VİDEO  |     22:49 Hansı avtomobillər keyfiyyətsizdir?  |     22:41 “M23” üsyançıları Konqonun şərqində irəliləyir  |     22:34 Azərbaycanın nar ixracından gəliri niyə azalıb?  |     22:28 Rusiyada dayanacaqda 30-dan çox avtomobil yandı  |     22:21 Ağdərədə ermənilərə məxsus silahlar aşkarlandı  |     22:16 Daha bir ölkə ÜST-dən çıxır  |     22:07 Bakı metrosunda qatarın tavanından salona su axdı - Araşdırma aparıldı  |     21:59 "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə edildi - Rəhbəri narazı qaldı  |     21:46 Bakıda daha 2 marşrut xətti müsabiqəyə çıxarılır  |     21:40 ABŞ Nümayəndələr Palatası Trampa impiçment elan etmək istəyir  |     21:15 "An-2" sanitar təyyarəsi Qazaxıstanda sərt eniş edib  |     21:14 Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq  |     21:10 Məşhur cərrah Dilqəm Məhərrəmov və həyat yoldaşı lisenziyasız qaldılar  |     21:05 DSMF sədri: "Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edəcək"  |     21:04 Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb  |     21:02 Ağcabədidə keçmiş məhkum özünü asdı  |     20:57 AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatın TƏHLİLİ (VİDEO)  |     20:31 Turabi barəsində həbs qərarı çıxdı  |    

Polis yolda halı pisləşən qadını xilas etdi (VİDEO)

Yolda halı pisləşən Lənkəran sakininin həyatını polis əməkdaşı xilas edib. Ona ilkin tibbi yardımı da elə polislər edib.

APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Şıxəkəran kənd sakini İradə Hüseynova həyat yoldaşı Sərraf Kərimovla birgə Bakıdan qayıdırmış. O, mədə-bağırsaq sistemində problem olduğu üçün mütəmadi olaraq paytaxtda həkim müayinəsindən keçirmiş. Bu dəfə də müayinədən qayıdarkən yolda səhhətində problem yaranıb və dili qatlanıb:

"Biz yolda gələndə vəziyyətim pisləşmişdi. Və yoldaşım da yolda özünü itirmişdi. Polis yaxınlaşdı, dedi, ağsaqqal nə olub. Dedi, yoldaşımın vəziyyəti ağırdır. Məni apardılar Salyan postuna, orda mənə yardım etdilər. Mənim vəziyyətim çox pis idi. Özümü çox pis hiss edirdim, özümdə deyildim. Çox sağ olsun o polislər. Saxlamasaydılar, vəziyyətim çox ağır ola bilərdi".

Sərraf Kərimov da xanımının həyatını xilas edən yol polisi əməkdaşlarına təşəkkürünü bildirib: "İki əməkdaş gəldi, yoldaşımın qolundan tutub saldılar içəri. Ona yardım elədilər. İynə-dərman maşında var idi. Dərman verdilər, bir yarım saatdan sonra yoldaşım özünə gəldi. Sağ olsunlar ki, bizə orda xidmət elədilər. Maşını biz saxlamasaydıq, bəlkə də yolda keçinə bilərdi. Ağzından köpük gəlirdi, dili tutulmuşdu".

Hadisə vaxtı Salyan postunda xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 10-cu taqımının baş çavuşu Yusif Məcidov deyir ki, həmin gün “Mercedes” markalı avtomobilin qəza işıqları ilə idarə olunduğunu görüb. Dərhal maşını saxlatdıqda isə İradə Kərimovanın halının pis olduğu haqda məlumat alıb və ilkin yardım göstərib. Elə təcili tibbi yardıma da oradaca məlumat verilib: "Ona yaxınlaşaraq özümü təqdim etdim. Sürücü yanında əyləşən öz xanımının xəstə olduğunu, vəziyyəti ağır olduğunu bildirdi. Mən ona köməklik edərək posta dəvət etdim. Ona ilk tibbi yardım – nə lazım idisə, onu etdim. Dərmanları verdim və təcili yardıma müraciət etdim. Təcili yardım gələnə kimi xanım özünə gəldiyini bildirdi və getməli olduğunu dedi. Onları yola saldım getdilər".

Sərraf Kərimov Lənkərana çatdıqdan sonra yol polisi əməkdaşının insanpərvər davranışına görə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 522 09.02.18 16:50