Mojo.az Banner
13:20 Zaqatalada qadını maşın vuraraq öldürüb  |     12:51 Leyla Əliyeva çəkdiyi rəsm əsərlərindən istifadə olunaraq yaradılan animasiyanı paylaşıb (Video)  |     22:42 Azərbaycan Çinə fındıq və badam ixracını artıracaq  |     21:50 Azərbaycanda həkim vəfat etdi  |     21:06 Ruben Vardanyanın məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilib  |     20:41 Ağdamda insan qalıqları TAPILIB  |     19:55 Salyanda zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edən şagirdlər evə buraxılıblar - AÇIQLAMA  |     19:41 Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikinti işlərindən GÖRÜNTÜLƏR (Video)  |     18:59 Binəqədidə obyektdə partlayış olub  |     18:39 Merts Berlində Paşinyanla görüşəcək  |     18:11 Hazırda paytaxt yollarında vəziyyət necədir?  |     18:10 Daşkəsəndə dava: 14 yaşlı oğlan çoxsaylı xəsarətlər aldı  |     17:43 Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları təsdiqlənib  |     17:27 DTX-nin həbs etdiyi kibercinayətkar şəbəkə üzvlərinə hökm oxunub  |     17:08 Şirkət rəhbəri borca görə məhkəməyə verildi - Qərar verildi  |     17:00 Bakıda restoranın havalandırma borusu ALIŞDI (Video)  |     16:41 Eskalatorun qırılmasında xəsarət alanların vəziyyəti açıqlandı  |     16:36 Azərbaycanda 18 həkim işləyə bilmək üçün rüşvət verib - SİYAHI VƏ MƏBLƏĞLƏR  |     16:26 Yeni milli park yaradılır - Kəlbəcər, Laçın, Ağdərə, Xocalını əhatə edəcək  |     16:19 "Ağdaş Bazar" ASC-yə məxsus bazarda nöqsanlar aşkarlanıb  |    
Left Banner
Right Banner

Bərdədə məktəbli qızı qaçıran şəxsin kimliyi müəyyənləşib – VİDEO

06.02.2018 11:16 2 622
Bərdədə məktəbli qızı qaçıran şəxsin kimliyi müəyyənləşib – VİDEO
Bərdə rayonunda 16 yaşlı qızı qaçıran şəxsin kimliyi məlum olub.

Median.Az
“Report”a istinadən xəbər verir ki, rayonun Lənbəran kənd sakini, 2002-ci il təvəllüdlü M.Hacıyevanı həmkəndlisi, 22 yaşlı Nəcməddin Əzizov qaçırıb.

Qaçırılan qızın yaxın qohumu Sərvinaz Hacıyeva bildirib ki, qız həmkəndlisi N.Əzizov tərəfindən zorla qaçırılıb.


O, əlavə edib ki, qızı ailə qurmaq məqsədi ilə qaçırsalar da bu, qanunlara ziddir.

Qızı qaçıran şəxsin anası Lalə Əzimova isə bildirib ki, qız öz istəyi ilə qaçıb: “Onlar bir-birini sevirdi. Valideynlərinin onu başqasına verəcəyini biləndən sonra qız mənim oğlumla qaçıb. Burada heç bir zorakılıq yoxdur”.

Qeyd edək ki, Baş verən hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə müraciət olunub.скачать dle 11.3