Vəkillər Kollegiyası yeni qərarlar qəbul edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Ermənistanda daşqınlar: 443 nəfər təxliyə edilib  |     23:02 Fransada əczaçılar tətil edəcək  |     22:53 Universitetlərə qəbul imtahanının modeli dəyişdiriləcək?  |     22:46 Təkrar sertifikatlaşdırmadan keçməyənlərin nəzərinə  |     22:39 Misirlilər 4000 il əvvəl xərçəngi cərrahi yolla müalicə edirmiş? - İnanılmaz  |     22:30 Bəhram Bağırzadənin sürücülük hüququ məhdudlaşdırıla bilər (SƏBƏB)  |     22:25 "YouTube" reklamlara baxmayanlarla mübarizə aparmaq üçün yeni üsul tapdı  |     22:19 Tarixdə ilk dəfə bir insan şəkər xəstəliyindən sağaldı  |     22:12 "Xaç atası"nın prodüseri Albert Raddi vəfat etdi  |     22:07 Niyaməddin Musayev: "Başı xarab adamlardır..."  |     21:56 "Bakı Gəmiqayırma Zavodu" üç ildə 220 mln. manatdan çox zərər edib  |     21:52 Abşeron rayonunda mənzildə yanğın başlayıb  |     21:45 Müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrdə texniki xarakterli məhdudiyyətlər aradan qaldırılıb  |     21:41 Masallıda 7 kəndin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır  |     21:27 MN-in mayorunu öldürməkdə təqsirləndirilən zabitin məhkəməsi başlayır  |     21:20 Səudiyyə Ərəbistanı İranın media nümayəndələrini ölkədən çıxarıb  |     21:12 UEFA Avropa Liqasında 2023/2024 mövsümünün ən yaxşı qolu açıqlanıb  |     21:05 Vladanka Andreyeva: Azərbaycanda minalarla mübarizəyə dəstəyi genişləndirmək imkanı var  |     20:59 İranda iki həftə ərzində 63 məhbus edam olunub  |     20:51 Beyləqanda 4 otaqlı evdə yanğın olub  |    

Vəkillər Kollegiyası yeni qərarlar qəbul edib

Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə danışıb, 28.01.2018-ci il tarixdə vəkilliyə qəbul üzrə keçiriləcək imtahan hazırlıq işləri barədə məlumat verib.

Oxu.Az-ın xəbərinə görə, iclasda “Vəkil vəsiqəsi”nin yeni nümunəsinin təsdiqi məsələsi müzakirə olunub və qərara alınıb ki, artıq vəkillərə verilən vəsiqələr üç il müddətinə deyil, qeyri-müəyyən müddətə - vəkilin səlahiyyəti müddətinə verilsin.

Eyni zamanda, iclas ərzində fərdi qaydada fəaliyyət göstərmək istəyən vəkillərin müraciətlərinə, vəkillərin mükafatlandırılması məsələlərinə, habelə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq müvafiq qərarlar qəbul olunub.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti aşağıdakı məsələləri Vəkillər Kollegiyasının üzvlərinin diqqətinə çatdırıb:

Məlum olduğu kimi, Vəkillər Kollegiyasının 13.01.2018-ci il tarixli iclasında aşağıdakı iki məsələ qaldırılmış və bununla bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə müraciət ünvanlanması ilə bağlı qərar qəbul olunmuşdu. 

Qeyd olunan problemlərin həlli ilə bağlı Vəkillər Kollegiyasının rəhbərliyi ilə Qeydiyyat və notariat baş idarəsi arasında əldə olunmuş razılığa görə:

1. Notariat qurumlarında vəkillərin səlahiyyətlərinin müəyyən edilməsi üçün müvəkkillər tərəfindən vəkillərə verilən etibarnamələrin təsdiqi ilə bağlı, qanunvericilikdəki boşluqlar səbəbindən anlaşılmazlıqlar yaranırdı. 

Bu, onunla bağlı idi ki, bir sıra hallarda vəkillər notariat orqanlarına qeyd edilən məsələ ilə əlaqədar müraciət edərkən, onların üzərində bu və ya digər səbəbdən vəkilin səlahiyyətlərini təsdiq edən vəsiqələr olmurdu. Belə olan halda, notariat orqanları qeyd edilən hüquqi hərəkətin icrasını həyata keçirə bilmirdilər.

Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin cari reyestr məlumatları elektron-notariat sisteminə əlavə olunması üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə təqdim olunub. Növbəti günlərdən etibarən artıq üzərində vəkil vəsiqəsi olmayan və ya vəsiqəsinin müddəti keçmiş vəkillər öz şəxsiyyət vəsiqələrini notariat orqanlarına təqdim etməklə müvafiq əməliyyatlar apara biləcəklər.

2. Məlumdur ki, vəkillər öz müvəkkillərinə hüquqi yardım göstərmək üçün onlarla müqavilə bağlayır, order alırlar. Məsləhətxanada vəkillərə verilən orderlər müdirin möhürü və imzası ilə təsdiqlənir, fərdi vəkillər isə orderləri özləri təsdiqləyirlər. Məlumdur ki, hər bir order unikal reyestr nömrəsi olan sənəddir. Təcrübədə məhkəmə təmsilçiliyi ilə bağlı orderin əsli məhkəmələrə təqdim olunur. Sonradan məhkəmədə baxılan iş ilə bağlı vəkillər sübutların toplanılması məqsədilə notariat orqanlarına sorğu verilməsi və ya təmsilçilik üzrə etibarnamənin alınması üçün həmin orderlərin surətini ya məsləhətxana müdirlərinə təsdiqlətdirir və ya fərdi vəkildirsə, özü təsdiqləyib, notariusa təqdim edir. 

Lakin bu günədək notariuslar həmin orderlərin təsdiq olunmuş surətlərini “müəyyən edilmiş qaydada təsdiq olunmadığı” üçün (Qeyd: MPM-nin 73.5-ci maddəsi) qəbul etmirdilər.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsi ilə əldə olunmuş razılığa əsasən, bundan sonra vəkil qurumlarının müdirləri və ya fərdi qaydada fəaliyyət göstərən vəkillərin özləri tərəfindən təsdiq edilmiş orderlərin surətləri notariat orqanları tərəfindən qəbul olunacaq və hər hansı əlavə notarial təsdiqə ehtiyac olmayacaq.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsindən verilən məlumata görə bu barədə tapşırıq ölkə üzrə bütün notariat orqanlarına ən yaxın günlərdə göndəriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 326 23.01.18 12:00