Xırdalanda yerləşən “AAAF Park” yaşayış kompleksinin sakinləri növbəti dəfə etiraz aksiyası keçiriblər.
Median.Az-ın Ölkə.Az-a istinadən xəbərinə görə, aksiyadan görüntülər sosial şəbəkələrdə və yerli KİV-də yayılıb.
Bildirilir ki, kompleksə daxil olan binalarda işıq və qaz olmaması sakinlərin narazılığına səbəb olub.
Aksiya iştirakçıları “AAAF Park” rəhbərliyinin ofisi qarşısına toplaşıb, eləcə də, Xırdalan yolunu bağlayıblar.