Qida Təhlükəsizliyi Agentliyi bir neçə dövlət qurumu və nazirliklərdə icra olunan funksiyaları həyata keçirəcək.
Bunu baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır:
“İndi lazım olan texniki-təşkilati işlər görülməkdədir. Əvvəllər bir neçə dövlət qurumu və nazirliklərin icra etdiyi funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir. Bir neçə aya təşkilati işlər yekunlaşacaq və Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətini birbaşa həyata keçirməyə başlayacaq”.