Azərbaycan at ətinin ixracına başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Azərbaycan at ətinin ixracına başlayıb

Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyi Azərbaycanın "AZMEAT777” şirkətinə Gömrük İttifaqı ölkələrinə at əti ixrac etmək icazəsi verib. Şirkət indiyədək yalnız Qazaxıstana at əti tədarük edirdi.

Median.Az
xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Modern.az-a deyib ki, şirkət Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Agentliyinin reyestrinə daxil edilib:

"Bununla da Azərbaycanda Gömrük İttifaqı ölkələrinə at əti ixracına icazə verilib. Qeyd edim ki, at diri şəkildə göndərilməyəcək. Atlar ayrıca kəsim məntəqəsində müqavilə əsasında kəsiləcək, baytar həkimlər tərəfindən müayinə ediləcək. Yalnız bundan sonra at ətinin ixracına icazə veriləcək. Bu gündən etibarən prosesə start verilib”.

Y.Xanvəli deyib ki, qurum ətin tibbi-gigiyenik baxımdan sağlam, insan orqanizminə heç bir zərəri olmaması məsələlərinə nəzarət edəcək.

Nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev deyib ki, indiyədək yalnız Qazaxıstana at əti ixrac edilib:

"Respublikanın müxtəlif ərazilərində atlar yetişdirilir. Yaşlı atlar istisna olmaqla, il ərzində təxminən 5 minə yaxın at ixrac etmək potensialımız var. Hətta şəxsi təsərrüfatçılar istəyindən asılı olaraq, at ixracı artırıla bilər”.

A.Abduləliyevin sözlərinə görə, hazırda ölkədə at yetişdirilməsinə maraq artıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 315 19.01.18 18:37