Lənkəranskinin qardaşı danışdı: "Rövşənlə bir şəklim də yoxdur" » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

Lənkəranskinin qardaşı danışdı: "Rövşənlə bir şəklim də yoxdur"

Bir müddət öncə "Lotu Quli”yə sui-qəsddə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, azərbaycanlı qanuni oğru "Hacı Beylaqanski” kimi tanınan Hacıbaba Talıbxanlı və digər iki azərbaycanlının məhkəməsi başa çatıb.

Median.Az
xəbər verir ki, lent.az-a bu barədə Namiq Canıyevin yaxınları məlumat verib.

Məlumatda qeyd edilib ki, İstanbul Bakırköy Məhkəməsinində Namiq Canıyev, Hacı "Beylaqanski”, Əli Abdullayev və Camal Həsənov barəsində məhkəmə bəraət hökmü çıxarıb.

Məhkəmədə çıxış edən Namiq Canıyev bildirib ki, o, hər zaman kriminal aləmdən uzaq olub: "Azərbaycanlı məmur geyindiyi uniformanın şərəfini ləkələməmək üçün həmişə kriminal aləmdən uzaq durur. Mən də uzaq durmuşam. Hətta qardaşım Rövşənin sağlığında da bu məsələlərə aiddiyyətim olmayıb, onunla birgə bir dənə fotom yoxdur. Bunu demək istəyirəm ki, mənim bu məsələlərlə əlaqəm yoxdur”.

Onlar barəsində ölkədən çıxışına qadağa qoyulma bağlı hissə ləğv edilib.

Xatırladaq ki, Namiq Canıyev 2017-ci ilin noyabr ayında Bakı Baş Gömrük İdarəsinin Keşlə postunun rəisi vəzifəsindən azad olunub.

Qeyd edək ki, Namiq Canıyevin qardaşı qanuni oğru Rövşən Lənkəranski 2016-ci il avqustun 18-də İstanbulda öldürülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 070 19.01.18 18:32