Mojo.az Banner
14:49 Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu  |     14:33 "Dərnəgül"də obyekt yanır - Video (Yenilənib)  |     14:29 Bakıda qarlı hava şəraiti ilə əlaqədar neçə nəfər xəsarət alıb?  |     14:12 Samuxda 10 kiloqram narkotik vasitəni satmaq istəyən şəxs ələ keçdi  |     14:12 UEFA Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt Frankfurt"la qarşılaşır  |     13:08 Finlandiyada sabit telefon xidməti ləğv edilir  |     13:07 Ağsuda zəlzələ olub  |     12:50 Hərbi xidmətdən möhlət alan şəxslərin bəzi hallarda ölkədən çıxışına məhdudiyyət qoyula bilər  |     11:13 Vəzifəli şəxsləri şantaj edən "reket jurnalist"lə bağlı QƏRAR  |     10:58 Qarlı hava şəraitində respublikanın avtomobil yollarında SON VƏZİYYƏT  |     23:02 Otellərdəki Wi-Fi-dan heç vaxt istifadə etməyin: mütəxəssislər səbəbini izah edir  |     22:58 Uşaqlar üçün olan bu məhsul bahalaşdı  |     22:50 Bu halda sürücüləri 40 manat cərimə gözləyir - Video  |     22:45 "ChatGPT"də reklamlar necə yayımlanacaq?  |     22:41 Azərbaycanın təhvil verdiyi erməninin pasportu yox imiş  |     22:33 2 179 abonentin qazı kəsiləcək  |     22:27 Paşinyan 28 il əvvəl 20 Yanvar haqqında bunları demişdi - VİDEO  |     22:21 Qızılın qiyməti tarixi maksimumu yenilədi  |     22:00 Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Fotolar  |     21:27 Qərib Mehdi vəfat edib  |    
Left Banner
Right Banner

Masallıda 25 yaşlı ana iki uşağını ataraq evdən qaçdı - VIDEO

16.01.2018 15:17 2 632
Masallıda 25 yaşlı ana iki uşağını ataraq evdən qaçdı - VIDEO
Masallı rayonunda iki uşaq anası övladlarını ataraq evdən qaçıb. Artıq 4 gündür ki, valideynlər qızlarından bixəbərdirlər.

"Xəzər TV” xəbər verir ki, rayonun Böyük Təklə kənd sakini 25 yaşlı Yeganə Məmmədova yanvarın 11-də məktub yazaraq evi tərk edib. Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd sakini Mehdi Məmmədov ilə ailə həyatı qurub. Lakin onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. O vaxtdan qızları ilə birgə atasının evində yaşayan Yeganə evdən gedərkən məktub yazıb.

Yazdığı məktubda isə valideyinlərinə layiqli övlad olmadığını səbəb gətirərək, evi tərk etdiyini bildirib. Ailəsinin aldığı ilkin məlumata görə, o, Bakı şəhərinə üz tutub.Atasının sözlərinə görə, hələ də qızlarının niyə belə addım atdığını bilmirlər. Deyir ki, bu günə kimi evlərində nə dava olub, nədə söz-söhbət.

Filqət Abbasovun əldə etdiyi son məlumata əsasən, Yeganənin getdiyi maşına Biləsuvar rayonunda daha bir qadın minib. Yeganə Məmmədova ilk öncə sürücüyə Bakının Əhmədli qəsəbəsinə gedəcəyini bildirsə də, amma həmin qadınla birgə "20 Yanvar” ərazisində düşüb. Bu Yeganə Məmmədovanın hansı istiqamətə getdiyi haqqda əldə olunan son məlumatdır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə məlumat verilib. Araşdırma aparılır.скачать dle 11.3