İtkin düşən alpinistlərlə bağlı yeni TƏFƏRRÜATLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:54 Üç ölkə arasında hərbi mobillik dəhlizi yaradılacaq  |     12:52 Almaniyadan Ukraynaya növbəti YARDIM  |     12:48 Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı  |     12:38 Yollarda moped problemi: Ekspertlər həll yolu təklif edirlər - VİDEO  |     12:34 "Komendant pulu" mənzilin sahəsinə görə alınmalıdır? - VİDEO  |     12:27 Bakıda yaşlı kişi küçədə yaşayır: "Daha rahat və azad oluram" - VİDEO  |     12:19 "Google" Azərbaycan bayrağının rənglərində "doodle" hazırlayıb  |     12:15 Tovuzda ana və övladı dəm qazından zəhərləniblər  |     12:06 Tarixin ən yaxşı futbolçusu seçilib  |     12:02 Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq? - VİDEO  |     11:53 "Hamster Kombat" tərtibatçıları yeni mövsümün süjetini açıqlayıblar  |     11:30 İran səfirliyi Azərbaycanı təbrik edib  |     11:20 Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başladı  |     11:18 Dünən Qəbələdə baş verən atışmanın - TƏFƏRRÜATI  |     22:56 Astarada zərərvericilər meyvə bağlarına ciddi ziyan vurur  |     22:47 Livandakı səfirliyimizin əməkdaşları təxliyə edildi  |     22:41 Ərdoğan Mirzoyanı qəbul edəcək  |     22:27 Bakıda qanunsuz işləyən obyekt bağlandı 12 Punto 14 Punto 16 Punto  |     22:18 Qəbələdə 3 nəfər güllələnib, onlardan ikisi ölüb  |     22:09 Sabah Bakının bu ərazilərində qaz olmayacaq  |    

İtkin düşən alpinistlərlə bağlı yeni TƏFƏRRÜATLAR

"Qubada itkin düşən alpinist dostlarımızla sonuncu əlaqəmiz onların dağa çıxmazdan əvvəlki gün gecə dağ ətəyində düşərgə saldıqları zaman olmuşdu".

Median.Az
-in məlumatına görə, bunu Trend-ə alpinist Camal Qaşqay deyib.

C.Qaşqay vurğulayıb ki, bu, itkin düşmüş alpinistlərdən alınan sonuncu mesaj oldu: “Həmin gecə güclü külək və qar müşahidə olunurdu. Ehtimal ki, onlar sonra dağa çıxan zaman problemlə üzləşiblər, lakin xilasetmə komandası və helikopterlər əsas düşərgədən yuxarıda onlardan heç bir iz tapa bilməyib”.

O qeyd edib ki, itkin düşən alpinistlər səfərə getməzdən əvvəl lazımi sənədləşdirmə və yoxlama işlərini həyata keçirmişdilər, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və digər müvafiq qurumlardan lazımi icazə almışdılar.

Alpinistin sözlərinə görə, qrup yaxşı təchizatlanmışdı və onlardan ikisi kifayət qədər təcrübəyə malik idi.

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 422 12.01.18 13:07