"Lotu Quli" qardaşını Moskvaya niyə göndərdi? – DÖYÜŞ BAŞLAYIR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Rusiya hərbçiləri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdülər  |     22:48 Almaniyada terror aktını törədən şəxs bu ölkədə psixiatr işləyib  |     22:40 Roma Papasının halı pisləşdi  |     22:33 Açıq halda satılan çərəzlər: Yumadan yeməyimiz ciddi fəsadlar törədə bilər  |     22:24 Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub  |     22:11 Tbilisidə növbəti etiraz aksiyası keçirilir - VİDEO  |     21:59 Lənkəranda qəza baş verib, xəsarət alanlar var - FOTO  |     21:50 Polis Akademiyası hüquq olimpiadasında qalib oldu- FOTO  |     21:46 Bakıda mərkəzdən uzaqda evlər niyə bahalaşır? - ARAŞDIRMA  |     21:38 Braziliyada ağır yol qəzası olub, 22 nəfər ölüb  |     21:28 Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ  |     21:15 Bu ölkə Ukraynaya 3 helikopter verdi  |     21:07 Futbol hakimi müharibədə öldü  |     21:00 Çətin günlər geridə qaldı - 2025 bu bürclərin ili olacaq  |     20:44 İranda sərnişin avtobusu dərəyə aşdı, 10 hərbçi həlak oldu  |     20:38 Avtoxuliqanlıq edən sürcünün kimliyi bəlli oldu- VİDEO  |     20:33 Yaponiyada qrip epidemiyası yayılıb  |     20:26 Lənkəranda ikimərtəbəli ev yanıb  |     20:17 Qəzzada ölənlərin sayı 45 220 nəfərə çatıb  |     20:10 Tatarıstan rəhbəri: Kazana hücum edən səkkiz PUA-dan üçünün hədəfi müdafiə sənayesi obyektləri olub  |    

"Lotu Quli" qardaşını Moskvaya niyə göndərdi? – DÖYÜŞ BAŞLAYIR

Hazırda İstanbulda məskunlaşan "Lotu Quli" - Nadir Səlifov qardaşı Namiq Səlifovu Moskvaya göndərib. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, məqsəd orada azərbaycanlılarla görüşüb Qulini “1 nömrəli qanuni oğru" kimi qəbul etdirmək, iri bazar və ticarət obyektlərinin sahiblərinin ona biət etməsinə nail olmaqdır.

Məlumata görə, əksər azərbaycanlılar "Quli"ylə problem yaşamamaq üçün onunla razılaşıblar. Amma Rusiya paytaxtının Kalujsk şossesində yerləşən ən böyük meyvə-tərəvəz bazası olan “Fud Siti”yə əl qoymaq mümkün olmayıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranskinin qohumu Zaur və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs Qulinin təklifini geri çeviriblər.

Mövzuyla bağlı başqa bir məlumatda deyilir ki, hazırda “Fud Siti”dəki ofislərində məskunlaşan Zaur və Məhərrəm son günlər çoxsaylı mühafizəçilərlə gəzirlər. Onların mühafizəsiylə ondan çox şəxs məşğuldur. Hər iki şəxs sui-qəsd ehtimalına görə ictimai yerlərdə görünmürlər, təmasları azaldıblar.

Məlumata görə, "Quli" MDB məkanında “bir nömrəli qanuni oğru” adını təkcə azərbaycanlılar arasında təsdiq etmək istəmir. O, bütün Rusiya ərazisində bunu sübuta yetirmək niyyətindədir. Heç kimə sirr deyil ki, bu adı bir qədər əvvələcən “Şakro Molodoy" daşıyırdı. Amma o, indi həbsdədir. Və məhkəmənin onu uzun müddətə cəzalandıracağı da sirr deyil.

Bir qədər əvvəl isə o, Vasili Xristoforovu (“Vasya Voskres”) öz varisi elan edərək, hamını onun ətrafında birləşməyə çağırmışdı. Əksər slavyan mənşəli oğrular da “Voskres”in liderliyini qəbul etmişdilər. İndi Vasili Xristoforovu da "Lotu Quli"ylə amansız döyüş gözləyir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 648 05.01.18 13:38