Bakı-Qroznı marşrutu üzrə hərəkət edən təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən APA-ya məlumat verilib.
Bildirilib ki, Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarə Azərbaycan Hava Yollarına məxsusdur.
"Hadisənin hansı şəraitdə baş verdiyinə aydınlıq gətiriləcək. Xüsusi araşdırma aparılacaq", - nazirlikdən bildirilib.