Sabah Bakıda bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:17 Sabah Sumqayıtda 105 000 abonent qazsız qalacaq  |     17:05 Kişi ona çay süzməyən arvadını döydü  |     17:04 Aktauda qəzaya uğrayan AZAL təyyarəsi Rusiya hava məkanında hücuma məruz qalıb  |     16:58 Bosfor boğazında gəmilərin hərəkəti dayandırıldı  |     15:30 NATO təyyarə qəzasını hərtərəfli araşdırmağa çağırıb  |     15:18 Daha 2 "tiktok"er həbs edildi  |     14:55 Meyxanaçı Balaəli məhkəməyə verildi  |     14:45 Pezeşkian İlham Əliyevə başsağlığı verdi  |     14:04 Əməkdar artist Almaz Mustafayevanın anım günüdür  |     13:36 Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq - SABAHIN HAVASI  |     13:30 Kolumbiyada güclü zəlzələ baş verdi  |     13:11 Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın da cəsədi tapıldı (YENİLƏNİB)  |     12:55 Söyüdlü (Zod) qızıl yatağının hansı qaydada işlədiləcəyi müəyyənləşəcək  |     12:43 "Embraer": "AZAL-ın qəzaya uğrayan təyyarəsinin göyərtəsində defekt aşkar edilməyib"  |     12:35 Müsəlman Ağsaqqalları Şurası təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı verib  |     12:19 Rusiyada yüksəkrütbəli hərbçilərə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb  |     12:10 Bakıdakı şadlıq saraylarında toylar DAYANDIRILIB  |     12:09 Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub  |     12:04 Təyyarə qəzasında həlak olan Cəlilabad sakininin kimliyi müəyyən olundu  |     11:39 Xəzərdə gün ərzində üçüncü dəfə zəlzələ baş verib  |    

Sabah Bakıda bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, dekabrın 12-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Məlumata görə, hərəkətin məhdudlaşdırılması ulu öndər H.Əliyevin xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

"Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Fəxri xiyaban istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", - məlumatda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            249 11.12.24 11:37