Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? - QİYMƏTLƏR (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:07 İstanbulda "Əl-Qaidə" əməliyyatı: İki əsas üzvü saxlanıldı  |     12:58 Azərbaycanda vəzifəli şəxs həbs edildi - Foto  |     12:53 Tiktoker “Roşka” yenidən həbs edildi  |     12:44 Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı  |     12:38 Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir  |     12:33 Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ  |     12:19 Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək  |     12:09 Bakıda məşhur klinikanın fəaliyyəti dayandırılacaq  |     11:59 Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı  |     11:56 AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili  |     11:42 Bakıda əməliyyat: qadın saxlanıldı  |     11:29 Azərbaycanda pensiya və müavinətlər nə vaxt veriləcək? - RƏSMİ CAVAB  |     11:25 Bu ərazilərdə yağış yağıb  |     11:18 Həbs olunan tiktokerlər azadlığa buraxıldılar  |     11:12 Nohur gölündə batan kişinin meyiti tapıldı  |     23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |    

Bakıda pullu qulaqsındırma xidməti: Gənclər niyə özünü şikəst edirlər? - QİYMƏTLƏR (FOTO)

Son günlər Azərbaycanda maraqlı və eyni zamanda təəccüblü bir tendensiya müşahidə olunur.

Median.Az
Bakupost.az-a istinadən xəbər verir ki, gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını qəsdən zədələtmək dəbə çevrilib.

Bunun üçün sosial şəbəkələrdə xüsusi səhifələr yaradılıb və burada qulaqsındırma xidməti təklif olunur.

Sosial şəbəkələrdə bu "xidmət"i təklif edənlər, qulaqlarını qırdıqları şəxslərin videolarını paylaşaraq, yeni müştərilər cəlb etməyə çalışırlar.

Qiymətlər isə olduqca "əlverişli"dir.




Bakupost.az-ın əməkdaşı bu "xidmət"i göstərənlərlə əlaqə saxlayıb, qiymətlərlə maraqlanıb.

Bildiriblər ki, bir qulağın qırılması 50 manat, hər iki qulağın qırılması üçün isə 100 manat ödənilir:

"Əgər qulaqlar əvvəllər hansısa şəkildə zədələnibsə, xidmətin qiyməti bir qədər də arta bilər".

Lor həkimi Elxan Zərgərov isə bildirib ki, qulağın bu cür sındırılması çox təhlükəlidir:

"Qulağı sındıranda içinə qan yığılır, qığırdaq qidalanmır və öz funksiyasını itirir. Nəticədə çapıq əmələ gəlir. Bu, eşitməyə çox zərər vermir, amma çox təhlükəlidir. Qulaq sındırılanda infeksiya keçə bilər, bu, hətta bəzən qulağın çürüməsiylə belə nəticələnə bilər. Mən bir çox ölkədə olmuşam, belə bir şeyi ancaq Azərbaycanda görürəm".




скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            567 10.12.24 20:24