Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |     13:39 Aeroportda unudulmuş baqajları dörd manata satırlar? - AÇIQLAMA  |     13:34 Bəxtiyar Hacıyevə 10 il həbs cəzası verildi  |     12:38 Salyanda ərini doğrayıb kanala atmaqda şübhəli bilinən qadın sərbəst buraxılıb, təqsirləndirilən var  |     12:35 Azərbaycana yük gətirən gəminin heyəti maaşlarını ALA BİLMİR - İDDİA (VİDEO)  |     12:25 Bakıda 35 yaşlı qadın falçının qurbanı oldu - TƏFƏRRÜAT (VİDEO)  |     12:17 Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi MƏLUM OLDU - VİDEO (YENİLƏNİB)  |     12:09 Metapnevmovirus infeksiyası ilə bağlı dünyada pandemiya təhlükəsi varmı? - ÜST-dən AÇIQLAMA  |     12:07 Ağcabədidə 60 yaşlı kişi özünü başından güllələdi  |     11:50 Suriyanın yeni hakimiyyəti ölkədə təhsili pulsuz etmək niyyətindədir  |     11:37 İsrail Azərbaycana yeni səfir təyin edib  |     11:29 Bakıda avtomobil 64 yaşlı kişini vuraraq öldürdü  |    

Azad edilmiş ərazilərdə yeni milli park yaradılacaq

"İşğaldan azad edilmiş Şuşa (6 min 43.7 hektar), Xocalı (24 min 824.4 ha), Ağdərə (46 min 606.7 ha) və Kəlbəcər (15 min 181.4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656.2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir".

Median.Az
"Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb:

"Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanmış, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib".

F.Əliyev, həmçinin məlumat verib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq münasibət bildirilməsi üçün cari ildə müvafiq dövlət qurumlarına göndərilməsi nəzərdə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 10.12.24 15:46