Azərbaycan ilk - Bu şəxslər öləndən sonra orqanları çıxarılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı  |     22:56 Rektor əvəzi Vazeh Əsgərov həm də ADNSU-nun tələbəsidir? - AÇIQLAMA  |     22:46 Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik  |     22:23 "Lukoil"in rəhbəri dəyişdi  |     22:13 Əbdül Xalid təcili xəstəxanaya yerləşdirildi  |     21:58 Azərbaycanla Maldiv arasında bu şəxslər vizadan azad edildilər  |     21:41 ABŞ-də tanınmış aktirsa evində yanaraq öldü - FOTO  |     21:28 İranlı rejissor Fransanın "Fəxri legion" ordenindən imtina edib  |     21:16 Azərbaycanda 65 yaşlı kişidən 10 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT  |     21:03 Nigerin paytaxtında neokolonializmə qarşı aksiya keçirilib  |     20:35 Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanır  |     20:14 Plastik cərrahlar efirlərə buraxılmayacaq  |     20:07 Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb  |     19:55 “Sevilya”nın futbolçusu saxlanıldı  |     19:40 Bakının bu yollarında sıxlıq müşahidə edilir  |     19:36 HƏMAS atəşkəs sazişi layihəsinin şərtlərini qəbul edib  |     19:24 Rusiyada internet çökdü  |     18:50 Fevraldan minimum pensiya bu qədər olacaq  |     18:49 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq  |     18:33 KTMT baş katibi: "ABŞ və Ermənistan tərəfdaşlığı digər ölkələr üçün təhlükə yaratmamalıdır"  |    

Azərbaycan ilk - Bu şəxslər öləndən sonra orqanları çıxarılacaq

"Bütün dünyada olduğu kimi, Azərbaycanda da donorlara ehtiyac var. İnsanlar Nazirlər Kabinetinin təsdiqlədiyi müvafiq formanı dolduraraq vəfat etdikdən sonra donor ola bilər. Tezliklə my.gov.az-da həmin sənədi doldurub, donor olmaq mümkün olacaq".

Bu barədə "Orqan transplantasiyasında müasir dövrün çağırışları" mövzusunda beynəlxalq elmi konfransda jurnalistlərə müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

O qeyd edib ki, orqan transplantasiyasına həsr olunan tədbirlərin keçirilməsi bu sahədə insanların maariflənməsi baxımından olduqca əhəmiyyətlidir: "Transplantasiyanın inkişafında bu kimi tədbirlərin keçirilməsinin böyük rolu var.

Çünki insanların orqan donorluğu ilə bağlı fikirlər formalaşmalıdır. Qeyd edim ki, mən də orqan donorları reyestrinə düşmüşəm. Düşünürəm ki, ölümündən sonra da insanlar xeyirxahlıq edib, başqalarına həyat bəxş edə bilər. Burada əsas məsələ insanların sağlığında ölümdən sonra donor olmaq istəyidir".

Y.Abbasova orqan donorluğu ilə bağlı aparılan maarifləndirmə işlərindən də danışıb: "Xəstəxanalarda beyin ölümü baş verən xəstələrin yaxınları ilə görüşürük. Ümid edirəm ki, insanlar orqan donorluğunun əhəmiyyətini anlayacaqlar və bu istiqamətdə addım atacaqlar. Əsas məsələ orqan transplantasiyalarının hüquqi bazasının olmasıdır. Artıq hüquqi baza tam hazırdır. Bütün əməliyyatlar sənədləşmə prosesi düzgün qaydada aparıldıqdan sonra həyata keçirilə bilər. Donorluğa nəzarət etmək üçün Səhiyyə Nazirliyinin tərkibində Etika Komissiyası yaradılıb".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            207 10.12.24 15:06