Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:07 İstanbulda "Əl-Qaidə" əməliyyatı: İki əsas üzvü saxlanıldı  |     12:58 Azərbaycanda vəzifəli şəxs həbs edildi - Foto  |     12:53 Tiktoker “Roşka” yenidən həbs edildi  |     12:44 Türkiyədə hotel yanğınında çox sayda uşaq ölüb: Rəqəm açıqlandı  |     12:38 Dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə sanksiyalar dəyişir  |     12:33 Yarım milyona yaxın vəsaiti mənimsəyən vəzifəli xanımın MƏHKƏMƏSİ  |     12:19 Bu qaydaları Nazirlər Kabineti təsdiqləyəcək  |     12:09 Bakıda məşhur klinikanın fəaliyyəti dayandırılacaq  |     11:59 Bakıda bu dəmir yollarının əsaslı təmirinə başlanıldı  |     11:56 AZAL təyyarəsi ilə bağlı Qazaxıstandan açıqlama - Təcili  |     11:42 Bakıda əməliyyat: qadın saxlanıldı  |     11:29 Azərbaycanda pensiya və müavinətlər nə vaxt veriləcək? - RƏSMİ CAVAB  |     11:25 Bu ərazilərdə yağış yağıb  |     11:18 Həbs olunan tiktokerlər azadlığa buraxıldılar  |     11:12 Nohur gölündə batan kişinin meyiti tapıldı  |     23:02 Şahmat dünya çempionatı Qətərdə keçiriləcək  |     22:47 HAMAS yanvarın 24-də girovların ikinci qrupunun siyahısını İsrailə verəcək  |     22:33 "Qarabağ" hesabı artırdı  |     22:17 Hərbçimiz odlu silahdan açılmış atəş nəticəsində həlak oldu  |     22:05 "Qarabağ" FCSB komandası ilə oyunda hesabı açıb  |    

Xocalıda əmək hüquqlarını pozan hüquqi şəxs 20 min manat cərimələnib

"Gökce" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş material əsasında Xocalı rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Xocalı Rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin rayon ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Xocalı rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Eyni zamanda Cəmiyyətin direktoru Soner Sumerkan barəsində həmin Məcəllənin eyni maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib və vəzifəli şəxs müvafiq qərarla 3 min manat məbləğində inzibati cərimə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            354 09.12.24 20:58