Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir

04.10.2024 20:23 1 206
Zəminə Xınalı 32 ildir evində yaşayan ailənin çıxarılmasını tələb edir
Ehtiyatda olan hərbi qulluqçu, Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin muzey müdiri Zəminə Bayramova (Xınalı) Yasamal Rayon Məhkəməsinə müraciət edib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Zəminə Xınalı Yasamal rayonu ərazisində yerləşən binadakı ev üzrə mənzil hüququnun tanınmasını və həmin evdə 32 ildir yaşayan keçmiş məcburi köçkünlərin çıxarılmasını tələb edib.

O bildirib ki, 1992-ci ildə Yeni Yasamal küçəsi 1, bina 12-də yerləşən mənzilinə Şuşa rayonundan olan məcburi köçkünlər yerləşib. 32 il ərzində həmin evdə təmənnasız yaşayan Quliyevlər ailəsinin mənzilin sənədini qəsdən yoxa çıxardığını iddia edən şikayətçi Əmlak Məsələləri Dövlət Xidmətini və yerli icra hakimiyyətini məhkəməyə verərək mənzil üzərində mülkiyyət hüququnun tanınmasını və sənədlərin bərpa edilməsini tələb edib. O, həmçinin ailənin də mənzili təhvil verməsini istəyib.

Müraciət üzrə məhkəmə iclası oktyabrın 31-nə təyin edilib.

Qeyd edək ki, Zəminə Xınalı bir sıra dövlət qurumlarının marşlarının müəllifidir. Prezidentin Sərəncamı ilə 2015-ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülüb.

Son xəbərlər